Somalidə törədilən terror aktında ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, terror aktında 25 nəfər həyatını itirib.
Məlumata görə, ölənlər arasında jurnalistlər də var. Partlayışlar zamanı həmçinin 40 nəfər yaralanıb.
Qeyd edək ki, hadisə Moqadişoda, Milli Teatrın binası yaxınlığında baş verib. İki avtomobilə yerləşdirilmiş bombaların partlamasına görə isə məsuliyyəti, "Aş-Şabab" qruplaşması üzərinə götürüb. Onların hədəfi teatrın yaxınlığındakı prezident sarayının nəzarət-buraxılış məntəqəsi olub.
Daha əvvəl partlayışlar zamanı 16 nəfərin öldüyü, 20-dən çox insanın yaralandığı bildirilirdi.