Modern.az

Livanın Baş naziri Parisə getdi - Makronla görüşəcək

Livanın Baş naziri Parisə getdi - Makronla görüşəcək

جهان

19 Aprel 2026, 18:58

Fransa Prezidenti Emmanuel Makron bazar ertəsi Livanın Baş naziri Navaf Salamı Parisdə qəbul edəcək.

Modern.az xəbər verir ki, görüş İsrail ilə “Hizbullah” arasında 10 günlük atəşkəsin davam etdiyi dövrə təsadüf edir.

Fransa prezidentinin ofisindən bildirilib ki, səfər atəşkəsə tam riayət olunmasına dəstək, eləcə də Fransanın Livanın ərazi bütövlüyünə sadiqliyinin nümayişi kimi qiymətləndirilir.

Görüşlə bağlı məlumat Fransa tərəfinin Livanda fransız sülhməramlısının ölümünə görə “Hizbullah”ı ittiham etməsindən bir gün sonra açıqlanıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı