Modern.az

Müharibənin gələcəyi: Tanklar sıradan çıxır, dron dövrü başlayır

Müharibənin gələcəyi: Tanklar sıradan çıxır, dron dövrü başlayır

Dünya

Bu gün, 11:58

Biz Ukrayna müharibəsindən çıxarmalı olduğumuz dərslərin hamısını hələ tam mənimsəməmişik.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, halbuki müharibənin gələcəyi məhz elə indi gözümüzün önündə formalaşır. Ukrayna gündə 10 000 drondan istifadə edir. Rusiya tərəfinin itkilərinin 90%-i məhz dronlar səbəbindən baş verir. Tanklar artıq manevr edə bilmir, döyüş meydanında sağ qalmaq şansları yoxdur. Zirehli maşınlar da eyni şəkildə tab gətirə bilmirlər.

Və yeri gəlmişkən, yaxın gələcəkdə dronların sayı daha da artacaq. Bir-iki il ərzində biz məsafədən idarə olunmayan pilotsuz sistemlərin şahidi olacağıq. Gələcəkdə bizi tam mənada avtonom olan və idarəetmə üçün pilota ehtiyac duymayan sistemlər gözləyir.

Məhz həmin vaxt bəşəriyyət dron sürüləri ("anti-dron") təhlükəsi ilə üz-üzə qalacaq. Və bu, bizim hələ ki reallıqda heç bir çıxış yolumuzun olmadığı bir təhdiddir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı