Modern.az

Yerevanda üsyan: ölən və yaralananlar var...

Yerevanda üsyan: ölən və yaralananlar var...

Ülke

17 İyul 2016, 14:37

Ermənistanda polis binasını ələ keçirənlərin girov götürdüyü iki nəfəri azad etmək mümkün olub. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, Milli Təhlükəsizlik Xidməti binanın ələ keçirilməsi zamanı Daxili İşlər Nazirliyinin əməkdaşlarından birinin həlak olduğunu təsdiqləyib.

Məlumatda iki nəfərin yaralandığı qeyd edilsə də, ancaq həlak olan və yaralananlarla bağlı rəqəmlər bir-birini təkzib edir.

Son məlumata görə, bir qrup silahlı şəxs tərəfindən Yerevanda Daxili Qoşunların və polisin binasının ələ keçirilməsi zamanı bir polis əməkdaşı ölüb, ikisi isə yaralanıb.

Xatırladaq ki, iyulun 17-də səhər saatlarında İYerevanda Ermənistan polisinin patrul-mühafizə alayına hücum edilib. Hücum nəticəsində polkun ərazisində bəzi şəxslər girov götürülüb. Hadisə yerinə polis və hərbi qüvvələr gətirilib. Rayon mühasirəyə alınıb, yaxınlıqdakı evlərin sakinləri evakuasiya olunublar.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı