Modern.az

“Cocuq Mərcanlıdan-Şuşaya” kampaniyası başladı

“Cocuq Mərcanlıdan-Şuşaya” kampaniyası başladı

Ölkə

13 Mart 2017, 11:12

YAP-ın Nəsimi təşkilatının təşəbbüsü və təşkilatçılığı əsasında YAP Gənclər Birliyi ilə birlikdə “Cocuq Mərcanlıdan-Şuşaya” adlı  layihə həyata keçiriləcək.

 

Modern.az xəbər verir ki, YAP-ın Nəsimi təşkilatının və YAP Gənclər Birliyinin üzvləri Cocuq Mərcanlıda könüllü inşaat dəstəsi kimi işləyəcəklər. Layihənin kordinatoru deputat, YAP-ın Nəsimi təşkilatının sədri Məlahət İbrahimqızı və YAP Gənclər Birliyinin sədri Seymur Orucovdur.

Layihənin ilk mərhələsi bu gündür, layihə iştirakçıları Cocuk Mərcanlıda ağacəkmə kampaniyası həyata keçirəcəklər. Daha sonra sərhəddə yerləşən hərbi hissədə əsgərlərlə görüş keçiriləcək.


Qafar Ağayev

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı