Modern.az

“Azercell”in Barama İnnovasiya Mərkəzində gənclər öz xəyallarını gerçəkləşdirir

 “Azercell”in Barama İnnovasiya Mərkəzində gənclər öz xəyallarını gerçəkləşdirir

Ölkə

21 May 2010, 18:19

 

2009-cu ilin dekabr ayında İçərişəhərdə “Azercell Telekom” MMC-nin təşəbbüsü və dəstəyi ilə Barama İnnovasiya Mərkəzi açılıb. Çox maraqla qarşılanan Barama layihəsinin əsas hədəfi İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsində yeni ideyaların araşdırılmasına dəstək vermək, onları daha da təkmilləşdirmək və reallığa çevirməkdən ibarətdir. Bu məqsədlə Barama İnnovasiya Mərkəzində gənc sahibkarlara İKT və telekommunikasiya sahəsindəki təşəbbüslərini inkişaf etdirmək, daha sonra onları bazara çıxarmaq və yeni biznes qurmaqda yardım göstərilir.

Eyni vaxtda təxminən 20 nəfərin işləməsinə imkan verən bu məkanda hər bir iştirakçının tədqiqat aparmasına imkan yaradılıb. Gənc ixtiraçılar təqdim etdikləri təşəbbüsün səviyyəsindən asılı olaraq 6-12 ay ərzində layihəni gerçəkləşdirmək üçün lazım olan vəsaitlərin hamısı ilə təmin olunurlar. Onlar yüksək texniki avadanlıqlarla təchiz olunmuş otaqlar, vacib rabitə və ünsiyyət vasitələri, texniki dəstək və avadanlıqlar, professional biznes təlimi və “Azercell” işçilərinin marketinq, maliyyə və hüquq məsələlərində dəstəyindən faydalanırlar.

“Azercell”in həyata keçirdiyi və texniki dəstək verdiyi bu təşəbbüs digər qurumlar tərəfindən maraqla qaşırlanır.  Belə ki,  Barama layihəsinin uğurunu daha da gücləndirmək üçün “Azercell” bu proqramda “CİSCO” şirkəti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə birgə fəaliyyət göstərir. Razılaşmaya əsasən, Azərbaycanda fəaliyyət göstərən “CİSCO” şirkətinin nəzdindəki Sahibkar İnstitutunun vasitəsilə Barama layihəsinin iştirakçılarına biznes planlaşdırma bacarıqları, İnternet biznes həll variantları, biznes məsləhəti, tədris və xidmətləri sahəsində yardım göstəriləcək.

“Azercell Telekom” MMC-nin prezidenti Ali Agan Barama layihəsinin Azərbaycan və ümumilikdə region üçün çox önəmli sayır: “İlk dəfədir ki, innovativ düşüncəyə malik insanlar çətinliklə qarşılaşmadan və ödənişsiz şəkildə öz ideyalarını inkişaf etdirmək və sınaqdan keçirmək imkanı əldə edirlər. Yalnız “Azercell”in deyil, beynəlxalq təşkilatlar və korporasiyaların da bu mərkəzə diqqət göstərməsi çox sevindirici haldır”. Ali Ağan hesab edir ki, USAİD və CİSCO tərəfindən layihəyə qarşı bu cür maraq göstərilməsi, onların mərkəzdə təlim keçmək təklifləri bu cür  təşəbbüslərin uğurlu olmasını təmin edir.

“USAID təşkilatı Azərbaycanın İKT sektorunda yenilikləri artırmaq üçün “Azercell” və “CİSCO” şirkətləri ilə əməkdaşlıq etməkdən qürur duyur,” deyə USAID-in Qafqaz üzrə Missiya Rəhbəri cənab Conatan M. Konli bildirir. “Biz bu gənc sahibkarların rəqabətcil bazar mühitində uğurlarını görmək arzusundayıq”.

Digər ölkələrdə olan bənzər biznes inkubasiya mərkəzlərində olduğu kimi, Azərbaycandakı  mərkəzdə çalışan sahibkarların təxminən 30 faizinin bazara uyğun konsepsiya hazırlayacağını gözlənilir. Bu, hər il 13-15 sahibkarın uğurlu biznes qurması demək olacaq.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı