
Almaniya kansleri Angela Merkel jurnalistlərə açıqlamasında Dağlıq Qarabağdakı gərginliyə toxunub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, kansler ölkəsinin Minsk qrupunu “xüsusi şəkildə” dəstəkləyəcəyini deyib. Eyni zamanda o, son illər Qarabağa danışıqlarında ciddi irəliləyişlərin müşahidə olunmadığını deyib.
“Dağlıq Qarabağ regionundakı hadisələr xüsusi narahatlıq doğurur.
Danışıqlar prosesində ciddi irəliləyişə nail olmaq lazımdır. Təəssüf ki, son illər biz bu sahədə çox az irəliləyişin müşahidə olunduğunu görürük”.
Vüqar İsmayılov