Modern.az

“Abituriyent” jurnalının 3-cü sayı nəşr olunub

“Abituriyent” jurnalının 3-cü sayı nəşr olunub

Təhsil

2 May 2014, 12:04


Modern.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Abituriyent” jurnalının 3-cü sayını nəşr edib. Jurnalda 2014-2015-ci tədris ili üçün Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasından (9 illik) tələbə qəbulu qaydaları və qəbul elanı çap olunub. Jurnalın bu sayında həmçinin ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, “Abituriyentin elektron ərizəsi”nin doldurma qaydası, onun nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalı TQDK-nın binası qarşısındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Misranə Həsənzadə

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı