Modern.az

Füzulidə Heydər Əliyevin 91 illiyi qeyd edilib

Füzulidə Heydər Əliyevin 91 illiyi qeyd edilib

Təhsil

9 May 2014, 14:18

“Ölkə o zaman inkişafa doğru irəliləyir ki, ona güclü siyasi lider rəhbərlik edir. Bu gün böyük fəxr və qürur hissi ilə qeyd etdiyimiz «Müstəqil, müasir Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir» fikri də məhz bu amilə əsaslanır. Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər saldıqda dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətləri daha aydın görünür”.
Bu fikirlər Heydər Əliyevin 91 illiyi münasibəti ilə Horadiz şəhərində Heydər Parkında keçirilən ümumrayon tədbirində bildirilib. Rayonun idarə, müəssisə, icra nümayəndəliklərinin, bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin, ümumilikdə 2000 nəfərin qatıldığı təbirdən öncə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və iştirakçılar Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyaraq ehtiramlarını bildiriblər. Sonra tədbir iştirakçıları parkda düzəldilmiş gül kompozisiyaları, kitab sərgisi və əl işləri ilə tanış olublar.
Tədbirdə çıxış edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Heydər Əliyevin doğum gününün Füzulidə keçirilməsi artıq bir ənənəyə çevrilib. Mövzu və kompozisiya baxımından ildən-ilə zənginləşən bu gün hər bir füzulilinin qəlbində xoş ovqat yaradır, xalqının bu günü naminə həyatını sərf etmiş dahi şəxsiyyətin ruhuna minnətdarlıq hissi oyadır.
Heydər Əliyevin doğum günü ərəfəsində füzulili məcburi köçkünlər də ölkə başçısı İlham Əliyevi əmin etmək istəyir ki, müstəqil Azərbaycanın əbədi və dönməzliyi yolunda dünya şöhrətli siyasi xadimin vəsiyyətlərinin yerinə yetirilməsinə yorulmadan, var qüvvələri ilə çalışacaq, Heydər Əliyevin ölməz əməllərini nəsildən-nəsilə keçirəcəklər. Heydər Əliyevin anadan olmasının 91 illiyi ərəfəsində Füzuli rayonu ərazisində iməciliklər keçirilib, çoxlu sayda ağac əkilib, küçə və meydanlarda, parklarda abadlıq, səliqə-sahman işləri görülüb. Tədbir rayonun mədəniyyət və incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirilib.
Heydər Əliyevin anadan olmasının 91 illiyi rayonun bütün idarə və müəssisələrində silsilə tədbirlər davam edir.







Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı