Modern.az

Yeni Olimpiya stadionunun yanındakı tənha evin sahibi: “Məhkəməyə tabe olmayacam, ədalət istəyirəm!”

Yeni Olimpiya stadionunun yanındakı tənha evin sahibi: “Məhkəməyə tabe olmayacam, ədalət istəyirəm!”

Təhsil

15 May 2014, 12:19

“Sabunçu Rayon Məhkəməsində ikinci iclas keçirilib. Hakim iddiaçının xeyrinə qərar çıxardı. Bizə deyildi ki, kompensasiyanı bankdan götürək və yaşadığımız evdən köçək”.
Bunu Modern.az-a yeni tikilən Olimpiya stadionunun yaxınlığındakı Böyükşor qəsəbəsi, 12A ünvanda yerləşən yeganə evin sakini Ələkbər Hüseynov deyib. O bildirib ki, məhkəmənin qərarına baxmayaraq, yaşadığı evi tərk etmək fikrində deyil.

“Mübarizəmizi sona kimi aparacağam. Mən haqq-ədalət istəyirəm. Evimin həcmini daşdan-daşa düzgün ölçülməsini və bizə ədalətli kompensasiya verilməsini tələb edirəm”.

Qeyd edək ki, Olimpiya stadionunun inşa olunduğu ərazidə yalnız bir ev sökülməmiş qalır. Bu evin sahibi olan Ələkbər Hüseynov ona verilən kompensasiyanın miqdarından narazıdır. Mübahisə ilə bağlı ilk məhkəmə prosesi mayın 6-da olub. Bu evin işığı, suyu və qazı kəsilsə də, ev sahibi tikilidən çıxmayacağını deyir...

Bu qəsəbədə 1700-dən çox ev olub. Onların hamısı sökülüb, təkcə Ələkbər Hüseynovun evindən başqa. Ə.Hüseynovun evi 130 kvadratmetr olduğu halda 48 kvadratmetr ölçüblər. 48 kvadratmetr müqabilində Hüseynovların bank hesabına cəmi 63 min 534 manat keçirilib. Ailə isə buna etiraz edir.

Rafiq Qənbərov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı