Modern.az

QHT Şurası Qubada sessiya keçirib

QHT Şurası Qubada sessiya keçirib

تحصیلات

23 Noyabr 2014, 20:15

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə noyabrın 22-də Quba şəhərində əmək müqavilələrinin tərtib olunma qaydalarına həsr edilən məlumatlandırma sessiyası keçirilib. Toplantıda Şuranın aparıcı məsləhətçisi Şahin Məhərrəmov, MQF Quba Regional Mərkəzinin rəhbəri Eynula Xeyrullayev, QHT sədrləri və mühasibləri, DSMF-nin Quba rayon şöbəsinin əməkdaşı Elçin Nuriyev, Dövlət Əmək Müfəttişliyinin hüquqşünası Tengiz Nəzərov, ümumilikdə 40-a qədər şəxs iştirak edib. Sessiyada QHT təmsilçilərinə əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində (EİS) yerləşdirilməsi qaydaları, əmək müqaviləsinin tərtib olunması problemləri, mülki müqavilələr, könüllü fəaliyyət üçün müqavilələr və bu sahə ilə bağlı digər zəruri məsələlər haqqında ətraflı məlumatlar verilib. Toplantının sonunda ekspertlər iştirakçıları maraqlandıran sualları cavablandırıb.




Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı