Modern.az

Bu ölkədə Nizami Gəncəviyə büst qoyulacaq

Bu ölkədə Nizami Gəncəviyə büst qoyulacaq

Təhsil

13 Mart 2015, 16:10

Misirin İsgəndəriyyə şəhərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, mütəfəkkir Nizami Gəncəvinin büstü qoyulacaq.

Bu barədə Modern.az-a Diasporla iş üzrə Dövlət Komitəsindən məlumat verilib.   Bildirlib ki, bu il aprelin 20-də büstün təntənəli açılış mərasimi təşkil ediləcək.

Açılış mərasimində Latviya, Polşa, Boliviya, Rumıniya, Serbiya, Bolqarıstan və Beninin sabiq prezident və baş nazirlərinin iştirakı nəzərdə tutulub.  

Bundan başqa, həmin tarixdə Misir Ərəb Respublikası Baş nazirinin xüsusi müşaviri, İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldinin Nizami Gəncəvi haqqında ərəbcə nəşr edilmiş kitabının təqdimatı da olacaq.

Qeyd edək ki, hər iki layihə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və İsgəndəriyyə Kitabxanası tərəfindən gerçəkləşdiriləcək.    

Gülşən RAUFQIZI  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı