Modern.az

Şoumen cinayət işindən DANIŞDI: “Yalan deyir”

Şoumen cinayət işindən DANIŞDI: “Yalan deyir”

تحصیلات

10 Mart 2016, 15:03

"Ruslan Əhmədoğlu yalan danışır”. Bunu Modern.az-a açıqlamasında barəsində cinayət işi açıldığı iddia edilən şoumen Kamran Həsənli deyib.

O qeyd edib ki, yaxın vaxtlarda daha geniş açıqlama verəcək: “Şəxsən mənə qarşı heç bir cinayət işi qaldırılmayıb. Bu yaxınlarda daha geniş məlumat verəcəyəm”.

Qeyd edək ki, şoumenə qarşı cinayət işi açılmasını hüquqşünas Ruslan Əhmədoğlu Axşam.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, K.Həsənli müğənni Samir Piriyevin külli miqdarda pulunu mənimsəməkdə ittiham olunur.

Gülşən RAUFQIZI  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı