Azad edilən ərazilərdə tikiləcək məktəblərin SAYI

Azad edilən ərazilərdə tikiləcək məktəblərin SAYI

Təhsil

16 Noyabr 2022, 18:31

İşğaldan azad edilən ərazilərdə tikiləcək məktəblərin sayı açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda qeyd olunub.

 

Tədbirlər Planına əsasən, Elm və Təhsil Nazirliyinə 2022-2026-cı illərdə ərazi planlaşdırma sənədlərinə uyğun olaraq, yaşayış məntəqələrində təhsil müəssisələrinin tikintisi və bərpası ilə bağlı təkliflərin hazırlanması tapşırılıb.

 

Sənəddə qeyd edilib ki, Şuşa rayonunda 7, Ağdam rayonunda 29, Füzuli rayonunda 23, Zəngilan rayonunda 21, Kəlbəcər rayonunda 30, Laçın rayonunda 21, Qubadlı rayonunda 16, Cəbrayıl rayonunda 25, Xocavənd rayonunda 20, Tərtər rayonunda (Suqovuşan və Talış kəndləri daxil olmaqla) 5 məktəbəqədər və ümumi təhsil müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna hərbçilərinin dəhşətli görüntüləri yayıldı