Modern.az

Peşə məktəblərində çalışan müəllimlərin də maaşı ARTDI

Peşə məktəblərində çalışan müəllimlərin də maaşı ARTDI

23 Fevral 2023, 15:57

Prezident İlham Əliyev dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

 

Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir