Modern.az

Azərbaycanda bu rektorun səlahiyyət müddəti bitib – Hələlik təyinat yoxdur...

Azərbaycanda bu rektorun səlahiyyət müddəti bitib – Hələlik təyinat yoxdur...

Təhsil

6 Aprel 2024, 11:15

Azərbaycanda universitet rektorları 5 il müddətinə təyin edilir. Bu qayda 10 dekabr 2018-ci ildə imzalanan fərmanla müəyyən olunub və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanda öz əksini tapıb.

 

Ölkəmizdə qanunvericiliyin, adəyən, geriyə qüvvəsi olmadığı üçün sözügedən qayda 2018-ci ilin dekabr ayından əvvəlki rektorlara aid edilmir. 

 

Fərmanın imzalanmasından sonra Azərbaycanın dövlət universitetlərinə bir çox rektor təyin edilib, onların səlahiyyət müddəti 5 il hesab olunur. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev 2019-cu ilin martın 11-də təyin edilib. Təyinatdan sonra 5 ildən sonra Prezident İlham Əliyev onu yenidən BDU rektoru rətin edib.

 

Modern.az-ın məlumatına görə, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədovun da səlahiyyət müddəti bitib. 

 

O, 2019-cu ilin aprel ayının 3-ü təyin olunub. Ancaq hələlik onun vəzifədən azad olunması və yerinə təyinat olması barədə qərar verilməyib.

 

Qeyd edək ki, 65 yaşlı Heydər Əsədov sabiq kənd təsərrüfatı naziridir.

 

1336960

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir