Modern.az

Son 10 ildə müəllimlərin əməkhaqları 3 dəfə artıb - Nazir

Son 10 ildə müəllimlərin əməkhaqları 3 dəfə artıb - Nazir

Təhsil

15 İyun 2024, 09:46

Son 10 ildə müəllimlərin əməkhaqları təxminən 3 dəfə artıb.

 

Modern.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev "Baku TV"yə müsahibəsində deyib.

 

O bildirib ki, əməkhaqlarının artmasının təsirləri də görünür. Nazir əlavə edib ki, müəllim işləmək arzusunda olan insanların sayında artım müşahidə olunur.

 

Emin Əmrullayevin sözlərinə görə, 2013-cü ildə 5-6 min vakant yerlərə müəllimlər 18 min nəfər arasında seçilirdirsə, hal-hazırda bu rəqəm 60 mindən daha yuxarıdır:

 

"10 nəfərdən bir adamın müəllim kimi seçilməsi birmənalı olaraq keyfiyyəti də artırır. Sertifikatlaşdırmada da həmin prosesi görürük. Belə ki, son 10 ildə işə qəbul olunan müəllimlərin 80 faizindən çoxu 51 bal və daha çox toplayıb. Bu, əvvəlki illərdə işə qəbul olunan müəllimlərlə müqayisədə əsaslı şəkildə fərqlənir. Bütün müəllimlər eyni əməkhaqqı alırdısa, indi sertifikatlaşdırma nəticəsindən asılı olaraq daha yüksək nəticə göstərmiş müəllimlərə daha çox əməkhaqqı ödənilir".

Whatsapp
Bizə yazın!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı