Modern.az

FHN-dən III kurs tələbəsinin ölümü ilə bağlı rəsmi AÇIQLAMA

FHN-dən III kurs tələbəsinin ölümü ilə bağlı rəsmi AÇIQLAMA

Təhsil

16 İyul 2024, 13:30

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) III kurs tələbəsinin meyiti dənizdən tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "oxu.az"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

 

Qeyd olunub ki, iyulun 15-də Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində nəzarətsiz ərazidə dənizdə batmış 2004-cü il təvəllüdlü İmran Əli oğlu Cəbrayılovun meyiti elə həmin gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

***

12:30

 Azərbaycan Dövlət İqtisad Universitetinin III kurs tələbəsi İmran Cəbrayılovun ölüm səbəbi məlum olub.

 

Modern.az-ın məlumatına görə, tələbə ötən gün dənizdə batıb.

 

***

10:40

 

Azərbaycanda III kurs tələbəsi vəfat edib.

 

Modern.az-ın məlumatına görə, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Cəbrayılov İmran Əli oğlun faciəvi şəkildə dünyasını dəyişib.

 

O, Universitetin “Maliyyə və mühasibat” fakültəsinin "Maliyyə" ixtisasında təhsil alırdı.

 

Allah rəhmət eləsin!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri