Modern.az

Buraxılış imtahanlarında hansı yenilik olacaq? - DİM-dən AÇIQLAMA

Buraxılış imtahanlarında hansı yenilik olacaq? - DİM-dən AÇIQLAMA

Təhsil

13 Yanvar 2025, 16:29

2025-ci ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub. Belə ki, bu il tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 2 və 9 mart tarixlərində keçiriləcək. İmtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq.

Modern.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzini (DİM) mətbuat katibi Xanlar Xanlarzadə imtahanlarla bağlı bir sıra detalları açıqlayıb.

Onun sözlərinə görə, 9-cu və 11-ci sinif üzrə buraxılış imtahanında fənnlər olduğu kimi qalacaq:

“Ancaq 9-cu sinifdə xarici dil fənnləri üzrə şagirdlərin biliklərinin qiymətləndirilməsində yeni bir tapşırıqdan istifadə olunacaq. Tapşırıqda 3 şəkil təqdim olunur, həmin şəkillər arasında əlaqə var. İmtahan iştirakçısı da şəkillər arasındakı əlaqəni müəyyən etməlidir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hamının gözlədiyi an! Ərdoğan Bakıda hansı mesajları verəcək?