Modern.az

Bakılı Rusiyada qubernator ola bilər

Bakılı Rusiyada qubernator ola bilər

Aktual

4 Oktyabr 2018, 00:22

Rusiya Prezidenti Vladimir Putin Prezidentin Şimal-Qərb Federal Dairəsi üzrə nümayəndəsi Aleksandr Beqlova Sankt-Peterburqun qubernatoru vəzifəsini yerinə yetirməyi təklif edib. Modern.az  xəbər verir ki, Sankt-Peterburqun vəzifəsindən istefa verən qubernatoru Georgi Poltavçenko Birləşmiş Gəmi Təmiri Korporasiyasına rəhbərlik edəcək.

 

Qeyd edək ki, Georgi Poltavçenko Bakıda anadan olub. O, 2011-ci ildən Rusiyanın Şimal paytaxtının qubernatoru vəzifəsində çalışırdı.

 

Aleksandr Beqlov da Bakıda doğulub. O, Sankt-Peterburqun vitse-qubernatoru, Rusiya Prezidentinin köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini və bir sıra digər məsul vəzifələrdə çalışıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı