Modern.az

Bakıda ABŞ səfirliyinin maşını qəzaya düşdü

Bakıda ABŞ səfirliyinin maşını qəzaya düşdü

Aktual

10 Oktyabr 2018, 10:03

Bakıda səfirliyə məxsus avtomobil qəzaya uğrayıb.

 

Modern.az-ın məlumatına görə, hadisə Yasamal rayonu ərazisində baş verib.

 

Paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti, 11 ünvanında yaşayan, 1977-ci il təvəllüdlü Bayat Conatanın idarə etdiyi, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinə məxsus 060 D 038 dövlət qeydiyyat nişanlı avtomaşınla 1976-cı il təvəllüdlü Faiq Abdullayevin idarə etdiyi "Sang Song Koranado" markalı 90 VM 912 dövlət nömrə nişanlı avtomaşın toqquşub.

 

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı