Modern.az

DİN üç nəfərin öldüyü ağır qəza barədə məlumat yaydı

DİN üç nəfərin öldüyü ağır qəza barədə məlumat yaydı

Aktual

19 Dekabr 2019, 14:50

Daxili İşlər Nazirliyi Yevlaxda 3 nəfərin öldüyü qəza barədə məlumat yayıb.

Nazirlikdən Modern.az-a bildirilib ki, dekabrın 18-də saat 18 radələrində Yevlax rayonunun Qaraməmmədli kəndi ərazisində Gəncə şəhər sakini T.Nəbizadənin idarə etdiyi “Hyundai” markalı yük avtomobili ilə Goranboy rayon sakini  Elman Musəvinin idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə E.Musəvi və sərnişinləri - Goranboy rayon sakini Cəlal Rüstəmov və Yevlax rayon sakini İlqar Namazov hadisə yerində ölüblər.   

Yevlax RPŞ tərəfindən araşdırma aparılır.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı