Modern.az

İranda koronavirusa yoluxanların sayı 150 mini keçdi

İranda koronavirusa yoluxanların sayı 150 mini keçdi

Aktual

31 May 2020, 14:16

İranda ötən sutka ərzində daha 2 516 nəfər koronavirusa (COVID19) yoluxması ilə bu virusa yoluxanların sayı 151 466 nəfərə çatıb.

 

Modern.az-ın məlumatına görə, Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib.

 

Onun sözlərinə görə, virus daşıyıcılarından 2 527 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Cahanpur əlavə edib ki, İranda ötən 24 saat ərzində daha 63 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 7 797 nəfərə yüksəlib.

 

Nazirlik rəsmisi ölkədə indiyədək 118 848 nəfərin koronavirusdan sağaldığını deyib.

 

İranda koronavirusun diaqnozu ilə əlaqədar 935 mindən çox test həyata keçirilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı