Modern.az

Şagird Ağalar Bayramovu ağlatdı-FOTOLAR

Şagird Ağalar Bayramovu ağlatdı-FOTOLAR

مورد توجه

1 Fevral 2013, 15:42

Bu gün Nizami rayonu 62 saylı məktəb-liseydə “Gənclər günü” münasibətilə tədbir təşkil olnunub. Məktəbin Valideyn Müəllim Assosiyasından (VMA) Modern.az saytına verilən məlumata görə, tədbirdə respublikanın əməkdar qiraətçisi, professor Ağalar Bayramov, Bakı Şəhər Baş Təhsil İdarəsinin baş məsləhətçisi Firudin Abbasov, müəllim kollektivi və valideynlər iştirak edib. Şagirdlərin ifasında bədii kompozisiya təqdim olunub.

 
Şagirdlərin “Ümid sənədir ancaq Azərbaycan əsgəri” şerinin ifası bədii qiraətçi Ağalar Bayramovu kövrəldib.
Bədii kompozisiyadan sonra Ağalar Bayramov çıxış edib. O, şagirdlərin ifasında dinlədiyi şerlərdən kövrəldiyini və qürur hissi duyduğunu bildirib. Həmçinin Ağalar Mirzə növbəti tədris ilindən 62 saylı məktəb-liseydə məmnuniyyətlə dərs deyəcəyini vurğulayıb.

 

 

 

 

 

 

 

Toğrul SALEHLİ

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı