Modern.az

Bakıda dünya çempionatı keçiriləcək - İLK DƏFƏ

Bakıda dünya çempionatı keçiriləcək - İLK DƏFƏ

Aktual

12 May 2022, 20:14

Taekvondo üzrə dünya çempionatı ilk dəfə Azərbaycanda keçiriləcək.

 

Modern.az xəbər verir ki, bununla bağlı qərar Ümumdünya Taekvondo Federasiyasının (WTF) İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

 

Qərara əsasən, Bakı 2023-cü ildəki nüfuzlu yarışa ev sahibliyi edəcək. Mundialın dəqiq tarixi yaxın vaxtlarda məlum olacaq.

 

Azərbaycan paytaxtındakı dünya çempionatı WTF-nin yaradılmasının 50-ci ildönümünə təsadüf edəcəyindən xüsusi əhəmiyyət daşıyacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı