Modern.az

Avtobus yolu keçən kişini vurub öldürdü

Avtobus yolu keçən kişini vurub öldürdü

Aktual

27 May 2022, 10:20

Mayın 26-da saat 15 radələrində Gəncə şəhərinin Atatürk prospektində Göygöl rayon sakini B.Bağırov idarə etdiyi “İveco” markalı avtobusla yolu keçən 50-55 yaşlı kişini vurub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə nəticədə xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.

 

Piyada ölümü ilə nəticələnən daha bir hadisə isə mayın 27-də saat 4 radələrində Xaçmaz rayonunun Ləcət kəndi ərazisində qeydə alınıb. Belə ki, rayon sakini A.Dadaşov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini Elçin Qədiyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.


Hər iki faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı