Modern.az

Radikalların hücumu qəbulediməzdir! - İşçi qrupu 

Radikalların hücumu qəbulediməzdir! - İşçi qrupu 

Актуально

5 Avqust 2022, 15:00

Azərbaycan-Böyük Britaniya parlamentlərarası işçi qrupu Londondakı Azərbaycan səfirliyinə edilən hücumla bağlı açıqlama yayıb.

 

Modern.az xəbər verir ki, açıqlama qrupun "Twitter" hesabında paylaşılıb.

 

"Radikalların hücumu qəbuledilməzdir. Biz bu hücumu pisləyir və səfirlik işçilərinin həyatına real təhlükə olmağına baxmayaraq, onların zərər görməməsinə sevinirik”, - deyə açıqlamada deyilir.

 

Azərbaycan-Böyük Britaniya parlamentlərarası işçi qrupu vəziyyətə nəzarət edən polislərə təşəkkür edib.

 

eyd edək ki, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb.

 

İlkin məlumata görə, hücumla əlaqədar 8 nəfər saxlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı