Modern.az

Dünya Kuboku münasibətilə poçt markası buraxıldı - FOTOLAR

Dünya Kuboku münasibətilə poçt markası buraxıldı - FOTOLAR

مورد توجه

21 Avqust 2023, 16:08

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC Bakıda keçirilən Şahmat üzrə Dünya Kuboku münasibətilə poçt markası buraxıb.

 

Modern.az bu barədə şirkətə istinadən xəbər verir.

 

Məlumata görə, yeni marka 4 000 tirajla, blok şəklində hazırlanıb və dövriyyəyə buraxılıb. Onları “Azərpoçt”un İdarə Heyətinin sədri Əfqan Cəlilov və Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov möhürləyib.

 

Xatırladaq ki, Şahmat üzrə Dünya Kuboku iyulun 30-dan başlayıb, avqustun 25-nə qədər davam edəcək. Sayca 10-cu dəfə təşkil olunan Dünya Kubokunun “Open” yarışında 309 şahmatçı iştirak edir. Azərbaycan şahmatçısı Nicat Abasov yarımfinala qədər irəliləməklə Dünya Kubokunun ən güclü 4 iştirakçısından biri olduğunu nümayiş etdirib.

 

Bu, 2015-ci ildən sonra Bakıda təşkil olunan sayca ikinci yarışdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı