Modern.az

Тrаmp prezident kimi ilk dəfə jurnalistlərlə görüşüb

Тrаmp prezident kimi ilk dəfə jurnalistlərlə görüşüb

Dünya

19 Dekabr 2016, 15:40

ABŞ-ın yeni prezidenti Donald Tramp bazar günü axşam jurnalistlərlə ilk dəfə qapalı görüş keçirib.

Modern.az xarici mediaya istinadən bildirir ki, görüş zamanı müzakirə olunan məsələ ilə bağlı məlumat açıqlanmır.

Görüş Trampın hazırda ailəsi ilə məzuniyyətdə olduğu Florida ştatının Palm-Biç şəhərində baş tutub.

Yeni prezidentin jurnalistlərlə görüşündə ABŞ-ın yeni birinci ledisi Melaniya Tramp və onun aparıcı məsləhətçisi Kelienn Konuey də iştirak ediblər.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı