Modern.az

Sabiq deputat Rza İbadov axtarışa verilib

Sabiq deputat Rza İbadov axtarışa verilib

کشور

14 Yanvar 2011, 15:04

Azərbaycanın sabiq millət vəkili Rza İbadovun barəsində axtarış elan edilib. Bu barədə Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib. (APA)

Məlumata görə, sabiq millət vəkili R. İbadov Cinayət Məcəlləsinin 148-ci (təhqir) və 147.2-ci (ağır və ya xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə təqsirli bilinir. Bir neçə il əvvəl R. İbadovla bağlı məhkəməyə müraciət olunub. Məhkəməyə gəlməkdən boyun qaçırdığı üçün isə onun barəsində axtarış elan edilib.

Rza İbadov 2000-ci il parlament seçkilərində Azərbaycan Milli Məclisinə deputat seçilib. 2005-ci ildə isə 24 saylı Nizami I Seçki Dairəsindən namizədliyini irəli sürüb. Lakin seçki ərəfəsində R. İbadov Azərbaycanı tərk edərək İngiltərəyə gedib. Sabiq millət vəkilinin hazırda İngiltərədə bizneslə məşğul olduğu bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı