Modern.az

Ququş martda Bakıda konsert verəcək

Ququş martda Bakıda konsert verəcək

Ölkə

21 Yanvar 2011, 18:17

Azərbaycan əsilli müğənni Ququş (Faiqə Atəşin) mətbuatda onun guya azərbaycanlıları təhqir etməsi barədə yayılmış məlumatları təkzib edib. Müğənni mart ayında konsert vermək məqsədilə Azərbaycana gələcək və haqqında səsləndirilən fikirlərə aydınlıq gətirəcək. Bu barədə konsertin təşkilatçısı, İran vətəndaşı Şəhriyar Məhəmmədi Modern.az-a göndərdiyi məktuvda məlumat verib. Şəhriyar Məhəmmədi deyib ki, yaxın günlərdə müğənninin meneceri Neda xanım konsertə hazırlıqla bağlı son väziyyəti öyrənmək məqsədilə Bakıya gələcək.

Şəhriyar Məhəmmədi deyib ki, Ququş onunla telefonla danışıb və azərbaycanlıları təhqir etməsi barədə sələndirilən fikirləri təkzib edib. Onun sözlərinə görə, müğənni bunu özünə qarşı təxribat hesab edir: "Ququş Azärbaycan xalqını təhqir etmədiyini bildirir. O deyir ki, mən Azəri qızıyam, öz xalqımı necə təhqir edə bilərəm?".

Şəhriyar Məhəmmədinin sözlərinə görə, Ququş barəsində yalan məlumatlar yayan şəxsi məhkəməyə verməyə hazırlaşır: "Müğənni mart ayında Bakıya gəläcək, jurnalistləri bir yerə toplayıb mətbuat konfransı keçirəcək və bütün bu məsələlərə aydınlıq gətirəcək".

Müğənninin Bakıda verəcəyi konsert müqabilində alacağı qonarara gəlincə, Şəhriyar Məhəmmədi konkret məbləğin müəyyənləşdirilmədiyini vurğulayıb: "Ququş dörd aya yaxındır ki, Novruz bayramı ərəfəsində Bakıda verəcəyi konsertə hazırlaşır. Hazırda danışıqlar davam edir".

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı