Modern.az

Təhsil Nazirliyi TQDK ilə qalmaqala nöqtə qoymaq istəyir

Təhsil Nazirliyi TQDK ilə qalmaqala nöqtə qoymaq istəyir

Eğitim

28 Noyabr 2012, 23:37


Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) arasında gərginlik səngimək bilmir. TQDK-nın 20 illiyinə həsr olunmuş  tədbirlərdən sonra isə bu münasibətlər daha da kəskinləşdi. Hər iki qurum mətbuat vasitəsilə bir-birlərini ittiham edir və tənqid edirlər. TQDK-nın mətbuat xidmətinin bu gün yaydığı məlumatda isə bildilir ki, noyabrın 24-də TQDK-nın 20 illiyinə həsr olunmuş beynəlxalq konfransa nazirliyin nümayəndəliyi dəvət olunsa da, onlar gəlməyiblər.

Modern.az məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətini rəhbəri Bayram Hüseynzadədən münasibət öyrənib.  Nazirliyin rəsmisi isə artıq bu söhbətin bu qədər böyüdülməməsini istəyib.
“Bunu bu qədər şişirtmək nəyə lazımdır axı? Biz də sözümüzü demişik, onlar da. Artıq bunu uzatmaq lazım deyil”-deyə, B.Hüseynzadə qeyd edib. 

Sevinc İltifatqızı  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı