Modern.az

Nazir 6 rayonun sakinlərini qəbul edəcək

Nazir 6 rayonun sakinlərini qəbul edəcək

Təhsil

10 İyun 2013, 11:07


Kənd Təsərrüfatı naziri İsmət Abasov Quba rayonunda vətəndaşlarla görüşəcək. Nazirlikdən verilən məlumata görə, İsmət Abasov iyun ayının 14-də saat 11:00-da Quba rayonunda Quba Regional Aqrar Elm Mərkəzinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri ilə görüşəcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Quba rayonuna gəlmələrinin təşkili Quba Ərazi Kənd Təsərrüfatı İdarəsi tərəfindən həyata keçiriləcək.  Əlaqə telefonu: (050) 636-09-09, (02333) 5-19-50

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı