Modern.az

Milli Məclis məhkəmə hakimlərini təsdiqlədi və yay tətilinə çıxdı

Milli Məclis məhkəmə hakimlərini təsdiqlədi və yay tətilinə çıxdı

Təhsil

2 İyul 2013, 13:20

Modern.az saytı xəbər verir ki, Milli Məclis bu gün özünün növbədənkənar sessiyasının son iclasını keçirib.
İclasın gündəliyinə 9 məsələ təklif olunmuşdu. İclasda hakimlərin seçilməsi məsələsinin müzakirəsi zamanı komitə sədri Əli Hüseynli bildirib ki, Azərbaycan məhkəmələrində 86 vakant yer mövcuddur. Bunlardan 10-u Ali Məhkəmədə, 6-sı Naxçıvanda, 5-i Bakıda, 4-ü Gəncədə, 6-sı Sumqayıtdadır. Gündəliyə 57 hakimin namizədliyi çıxarılıb. Bu 57 hakimin təqdimatı dəstəklənib və Azərbaycan Ali məhkəmə və apelyasiya məhkəmələrində olan vakant yerlər tutulub.
Hakimlər 98 səs lehinə, 1 nəfər əleyhinə səs verməklə təsdiq olunub.

Bir qədər əvvəl Milli Məclisin iclası başa çatıb, dövlət himni səsləndirilib. Spiker Oqtay Əsədov deputatlara yaxşı yay istirahəti arzulayıb.  

Bu iclasdan sonra yay məzuniyyətinə çıxan deputatlar tətildən sentyabr ayında qayıdacaqlar.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı