Modern.az

ARDNŞ-nin vitse-prezidenti: “Şirkətdən 7 mindən çox işçi ixtisar edilib”

ARDNŞ-nin vitse-prezidenti: “Şirkətdən 7 mindən çox işçi ixtisar edilib”

Təhsil

24 Fevral 2014, 12:34


Dövlət Neft Şirkəti (ARDNŞ) 7222 işçisini ixtisar edib. Modern.az xəbər verir ki, bu barədə ARDNŞ-nın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezident Xaliq Məmmədov məlumat verib. Onun sözlərinə görə, ARDNŞ-ın “Geofizika və Geologiya ,” Neft kəmərləri, Sosial inkişaf, Qaz ixrac idarələrinin, kompleks Qazma İşləri Tresti və “Azneft” İB-in bir sıra müəssisələrində aparılmış struktur dəyişiklikləri ümumilikdə 7222 nəfər işçini əhatə edib. Onlardan 6418 nəfəri işlə təmin olunub. 533 nəfər ARDNŞ-nin və Azərbaycan Neft-Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin qərarı ilə əmək haqlarının 5 misli məbləğində müavinət almaqla başqa fəaliyyət sahələrinə keçmək qərarına gəliblər. 108 nəfər “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi qurumları ləğvi nəticəsində sərbəstləşən işçilərin sosial dayanıqlığının artırılması və məşğulluğunun təmin olunmasına dair Proqrama qoşulub, 163 nəfər isə Proqrama qoşulmaqdan imtina edərək sərbəstləşiblər. Proqrama qoşulmuş 108 nəfərin hazırda şirkətin xüsusi diqqət mərkəzindədir. Proqram dövründə, yəni bir il ərzində əmək haqlarının 50%-ini alacaq bu şəxslərə ikinci ixtisas veriləcək. Onların ARDNŞ sistemində, şirkətin podratçıları, subpodratçıları, eləcə də müqavilə münasibətlərində olduğu digər təşkilatlar tərəfindən yerləşdirilməsi, habelə müvafiq ixtisası olmayan işçilərin əmək bazarında ehtiyac duyulan ixtisaslara uyğun peşə hazırlığına cəlb olunması istiqamətində bütün zəruri tədbirlər görüləcək”, – deyə X. Məmmədov qeyd edib.  

  Gültəkin ƏLƏSGƏR  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı