Modern.az

“Azəriqaz” “120 nəfəri işdən çıxarıb: “O qadınların bəzisi başqa işlə təmin olunacaq”

“Azəriqaz” “120 nəfəri işdən çıxarıb: “O qadınların bəzisi başqa işlə təmin olunacaq”

Təhsil

19 May 2014, 13:36


“Azəriqaz” İstehsalat Birliyində avadanlıqların istismarı üzrə yeraltı və yerüstü xətt baxıcıları olan ümumi sayı təxminən 120-yə çatan bütün qadınlar məcburi qaydada işdən çıxarılıb. İstehsalat Birliyi mətbuat xidmətinin rəhbəri Araz Ağayev Modern.az-a açıqlamasında faktı təsdiqləyib:

“Bəli doğrudur, lakin onların hamısı qadın işçilər deyil, sadəcə qadınlar birləşib aksiya keçirir. Qəza xidmətləri ilə bağlı hələ bir neçə ay əvvəl məlumat vermişdik ki, Bakı və Abşeron rayonları üzrə bu xidmət ləğv olunur və o, təmir-tikinti idarəsinin tərkibində mərkəzləşdirilir. Ümumiyyətlə, bildirişlər hamıya paylanmışdı. İxtisara düşənlər qəza xidmətinin işçiləri oldu, bu da həmin qurumun ləğv olunması ilə bağlıdır”.

“Azəriqaz” İB-nin rəsmisi işdən çıxarılanların aqibətinin necə olacağına da aydınlıq gətirib: “İstənilən struktur dəyişiklikləri aparıldığı zaman bildirişlər paylanmalı idi. İşdən azad olunanlardan işlə təmin olunanlar da olacaq. Lakin sərbəstləşən işçilər öz istəklərinə uyğun olaraq şirkətin müəyyən məşğulluq proqramına qoşula bilərlər”.

Qeyd edək ki, bir müddət əvvəl “Azəriqaz” işdən çıxarma ilə bağlı bildirişlər paylanmışdı. İlk olaraq Zaqatala Regional Qaz İstismar İdarəsinin yaradılması ilə əlaqədar Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayon qaz istismar sahələrinin əməkdaşlarına, daha sonra isə Bakı və Abşeronda qəza xidmətlərinin ləğvi və təmir-tikinti idarəsinin yaradılması ilə bağlı Bakı şəhəri üzrə bütün işçilərə işdənçıxarma haqda bildirişlər paylandı.

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı