Modern.az

Bələdiyyə seçkilərinin səsverməsi başa çatıb

Bələdiyyə seçkilərinin səsverməsi başa çatıb

Təhsil

23 Dekabr 2014, 19:31

Dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin səhər saat 8.00-da başlayan səsverməsi axşam saat 19.00-da başa çatıb.
Modern.az xəbər verir ki, seçkilərdə 1607 bələdiyyə üzrə 15 min 35 bələdiyyə üzvlüyünə 37 min 77 namizəd iştirak edib. Ümumilikdə, seçicilər 5 min 15 məntəqədə səs verib. Builki bələdiyyə seçkisini 50 mindən çox müşahidəçi izləyib.

Bələdiyyə seçkilərində saat 17:00-dək respublika üzrə 4 milyon 819 min 382 seçicidən 1 milyon 753 min 394-ü səs verib. Bu isə ümumi seçici fəallığının 36,38 faizini təşkil edir.

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, respublika üzrə ən çox seçici fəallığı 48,28 faizlə 53 saylı Quba-Qusar seçki dairəsində qeydə alınıb. Ən aşağı seçici fəallığını isə 26,93 faizlə 21 saylı Nəsimi birinci seçki dairəsi göstərib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı