Modern.az

Dəmiryol İdarəsində iki yanğın - iki ölü...

Dəmiryol İdarəsində iki yanğın - iki ölü...

Təhsil

18 Fevral 2015, 13:38

Fevralın 17-də saat 05 radələrində Salyan şəhərinin 20 Yanvar küçəsində yerləşən Azərbaycan Dəmiryol İdarəsinin fəhlə təchizat bölməsinə məxsus binada yanğın baş verib. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nəticədə 6 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra orada yaşayan şəhər sakini, ruhi xəstə İbrahim Rüstəmovun yanmış meyiti tapılıb.

Salyanda daha bir bədbəxt hadisə qeydə alınıb. Fevralın 17-də Salyan şəhər sakini İbrahim Rüstəmov Salyan Dəmir Yolu Stansiyasının ərazisində yerləşən gözətçi otağında isinmək üçün od qalayıb və tüstüdən boğularaq ölüb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı