Modern.az

Xarici İşlər Nazirliyindən ABŞ-ın bəyanatına REAKSİYA

Xarici İşlər Nazirliyindən ABŞ-ın bəyanatına REAKSİYA

Təhsil

20 Mart 2015, 13:07

Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət Departamentinin Azərbaycan prezidenti İlham Əliyevin əfvlə bağlı verdiyi son sərəncamı barədə verdiyi bəyanata münasibət bildirib.

Modern.az xəbər verir ki, XİN mətbuat katibi Hikmət Hacıyev  bu barədə bildirib. O qeyd edib ki,  Azərbaycan Respublikasında qanunun aliliyi təmin olunub və davamlı demokratik inkişaf yolunda ardıcıl addımlar atılır. Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində üzərinə götürdüyü öhdəliklərinə sadiqdir və əməli fəaliyyəti ilə bunu nümayiş etdirir.

XİN rəsmisinin sözlərinə görə, bütün bu tədbirlər ilk növbədə Azərbaycan hökumətinin fəaliyyətinin əsasını təşkil edən Azərbaycan vətəndaşlarının mənafeyi naminə edilir. Heç kim siyasi baxışlarına görə təqib edilmir:

“Azərbaycana çağırış edən Dövlət Departamentinin Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxartmaq üçün ATƏT üzrə öhdəliklərini və BMT TŞ-nın qətnamələrinin tələblərini yerinə yetirmək üçün Ermənistana israrlı çağırış etməsi və azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpa edilməsi məsələsini qaldırması daha təqdirəlayiq olardı”.

Modern.az
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı