18 noyabr 2018, Bazar
Ana Səhifə - ÖLKƏ - “Beyin axını”: Azərbaycanı tərk edən alimlər - II HİSSƏ - ARAŞDIRMA
“Beyin axını”: Azərbaycanı tərk edən alimlər - II HİSSƏ - ARAŞDIRMA
28.08.2013, 10:22

Hər hansı bir ölkənin varlığına son qoymaqdan ötrü öncə onun beynini ələ keçirmək gərəkdir. Sonra həmin dövlət və millət özü-özünə misqal-misqal tənəzzülə uğrayacaq. Çünki tərk edilən təfəkkür özü ilə bir çox ünsürləri aparır ki, o ünsürlər olmazsa, toplumdan millət də olmaz. Tarix boyu Azərbaycandan Şərqə və Qərbə xeyli “beyin axınları” olub. SSRİ-nin iflasından sonra bu axının yeni dalğası baş verib.

Modern.az saytının araşdırması zamanı bəlli olub ki, Azərbaycandan “beyin axını” daha çox Rusiya, Türkiyə və Qərbi Avropa istiqamətində olub. Bununla bağlı araşdırmamızın ikinci hissəsini təqdim edirik.  

Məsud Əfəndiyev 1970-ci ildə Zaqatala şəhərindəki Şıxəli Qurbanov adına məktəbi qızıl medalla bitirərək  Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə qəbul olub. İki il oxuduqdan sonra Məsud Əfəndiyev təhsilini M.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib, aspirantura, doktorantura pilləsinə qalxaraq, uğurla namizədlik, sonra isə doktorluq dissertasiyalarını müdafiə edib.
Artıq 19 ildir ki, Almaniyada yaşayan alim, ölkənin müxtəlif universitetlərində, o cümlədən Münhen, Ştutqart, Berlin universitetlərində dərs deyib. Hazırda H.Helmholts adına Münhen Elmi-Tədqiqat Mərkəzində «Dinamik sistemlər» şöbəsinin müdiridir. Həmyerlimiz 2005-ci ildə Yaponiyanın nüfuzlu «Japan Society for the Promotion of Scionce - JSPS» təşkilatının mükafatına layiq görülüb. M.Əfəndiyev postsovet məkanında dünyanın altı aparıcı elmi jurnalının redaksiya heyətinin üzvü olan yeganə riyaziyyatçı alimdir. Dünya elmində ən yüksək təltiflərdən («kiçik Nobel mükafatı») sayılan, Almaniya hökumətinin təsis etdiyi “Aleksander fon Humboldt” mükafatının ilk azərbaycanlı laureatı kimi tarixə düşüb.

Qərib Mürşüdov - bioinformatika sahəsində tanınmış mütəxəssis, Böyük Britaniya Birləşmiş Krallığı Kembric Universitetinə dəvət olunmuş ilk azərbaycanlı alim. Professor Qərib Mürşüdovun "Makromolekulyar rentgen kristalloqrafiyası və zülal verilənlər bankı: etibarlı informasiyanın toplanması və istifadəsi" bioinformatika üzrə ən çox istinad olunan vəsaitlərdəndir. Alim bu kitabı ilə bioinformatikanı modern biologiya elminin zirvəsi olduğunu Avropaya sübut edə bilib. 
Qərib Novruz oğlu Mürşüdov 19 dekabr 1962-ci ildə Şəmkir rayonunda anadan olub. 1980-85-ci illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsini təhsil alıb. 1989-92-ci illərdə isə  Rusiya Kristalloqrafiya İnstitutunda doktorluq dissertasiyasını müdafiə edib.
1985-1987-ci illərdə AMEA-nın Fizika İnstitutunda, 1987-1993-cü illərdə Rusiya Kristalloqrafiya İnstitutunda çalışıb. 1993-cü ildən etibarən isə York Universitetində elmi fəaliyyətini davam etdirir. Elmdə istinad indeksi deyilən ölçü vahidi vardır. Mürşüdovun işlərinə istinadların sayı 10000-i keçib.

Uzaq Koreyada çalışan İsmayıl Zülfüqarov 1959-cu ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) biologiya fakültəsini bitirdikdən sonra AMEA-nın Bioloji Tədqiqatlar Elmi Mərkəzində akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Məhsuldarlıq Proseslərinin Molekulyar-Genetik Əsasları şöbəsində baş laborant kimi fəaliyyətə başlayıb. 1983-cü ildə AMEA-nın aspiranturasına daxil olub və 1988-ci ildə akademik Cəlal Əliyevin rəhbərliyi altında Tbilisi Dövlət Universitetinin Elmi Şurasında "Xloroplastların piqment-zülal komplekslərində piqmentlərin nativ formalarının orientasiyası və spektral xassələri" mövzusunda dissertasiya işini müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsi alıb. 1984-2002-ci illərdə kiçik elmi işçi vəzifəsindən aparıcı elmi işçi vəzifəsinədək yüksələn İ.Zülfüqarov 2003-cü ildən Koreya Respublikasının Pusan Universitetində tədqiqatçı-professor vəzifəsində çalışır.
Dünyanın bir sıra aparıcı elmi jurnallarında alimin 40-dək elmi məqaləsi dərc olunub. Bir sıra beynəlxalq konfrans və simpoziumlarda iştirak edib, "Web of Science"in məlumatına görə, son beş ildə nəşr olunmuş məqalələrinə 100 dəfə istinad olunub.

Azər Kərimоv 29 dekabr 1951-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunda anadan olub. 1953-cü ildə məlum səbəblərdən ailəsi ilə birlikdə Bərdə rayonuna deportasiya olunub.
1968-ci ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbini bitirən Kərimov 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki ATU) İnşaat fakültəsinə qəbul olub və 1973-cü ildə həmin institutun tikintinin iqtisadiyyatı ixtisasını fərqlənmə diplomu ilə bitirib. Azərə təhsil aldığı institutda müəllim vəzifəsini tutmaq məsləhət görülüb. O. Moskvada  aspiranturada təhsil aldıqdan sonra dissertasiya işini müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi alıb.  Bakıya qayıdaraq pedaqoji fəaliyyətini davam etdirib. Moskvada elmi işinin nəticələrinin tətbiq olunması üzrə “Elm texnika” sahəsində Azərbaycan SSR Lenin Komsomolu mükafatına layiq görülüb. Qeyd edək ki, bu mükafata institut müəllimi kimi layiq görülən yeganə ziyalıdır.
Azər Kərimovun elmi işinin əhəmiyyəti hələ sovetlər dönəmində xaricilərin marağını cəlb edib və 1985-1987-ci illərdə Moskvada xarici dil kursu keçdikdən sonra 1987-ci ildə Azərbaycan SSR Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyinin təqdimatı ilə müsabiqədə 20 nəfər namizəd arasında qalib gələrək pedaqoji fəaliyyətini davam etdirmək üçün Çexoslovakiyaya göndərilib. Slovakiya Texniki Universitetinin rektoru, tanınmış elm xadimi Anton Blaje onun sənədlərinin qəbul olunmasına xüsusi diqqət ayırıb. Ona ayrılan vaxtın başa çatmasına baxmayaraq Çexoslovakiya Texniki Universitetin rəhbərliyi SSRİ tərəfinə Azər Kərimovun daha bir neçə il bu ölkədə qalması xahişi ilə müraciət edib.
1994-cü ildə Slovakiyada doktorluq dissertasiyasını müdafiə edib. Altı ay müddətində pedaqoji və elmi fəaliyyətinə, nəşr etdirdiyi kitablara, metodiki göstərişlərə görə professor elmi adını alıb. Hazırda Çexiya Universitetlərində dərs deyən yeganə azərbaycanlı müəllimdir.
1998-ci ildə Azər Kərimovun səyi və rəhbərliyi nəticəsində Maraviya Texniki Universitetinin nəzdində Çex-Azərbaycan Mədəniyyət Mərkəzi yaradılıb.

Azərbaycandan olan Natiq Atakişiyev nəinki  çalışdığı Meksikada, hətta bütün Amerika zonasında (həm Şimali həm də Cənubi ) nüfuzlu riyaziyyatçılardan sayılır. Alim Bakı Dövlət Universitetinin tətbiqi- riyaziyyat fakültəsini bitirsə də, hazırda Meksika Muxtar İnstitutunun riyaziyyat bölümündə professordur. Atakişiyevi digər kolleqalarından fərqləndirən əsas cəhət onun elmi fəaliyyətlə yanaşı, ictimai fəaliyyətinin də qənaətbəxş olmasıdır. O, bu iki fəaliyyəti uzaq Meksikada Azərbaycanın xeyrinə əlaqələndirir. Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının sədri olan Atakişiyev Meksika-Azərbaycan əlaqələrinin inkişafında fəal rol oynayan şəxslərdəndir. Meksikada ölkəmizin tanıdılmasında mühüm rol oynayan alim orda vaxtikən Azərbaycan dövlətinin əleyhinə olan hadisəyə kəskin etirazını bildirib.

Rəfail Həsənəli oğlu Əlizadə 1956-cı ildə Cəbrayıl rayonunda anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin Riyaziyyat və mexanika fakültəsini bitirdikdən sonra 1986-cı ilədək universitetdə elmi araçdırmaçı kimi çalışıb. 1990-cı ildən Bakı Dövlət Universitetində çalışıb, bu ali təhsil ocağının professoru olub.
1994-cü ildən Türkiyəyə gedərək İzmir Dokuz Eylül Universitetinin riyaziyyat bölümünün, 2001-ci ildən İzmir Texnologiya İnstitununun eyni adlı bölümündə professor kimi çalışıb.
2010-cu ildən İzmir Yaşar Universitetinin Riyaziyyat bölümünün elm və ədəbiyyat fakültəsində professor vəzifəsini tutur. Eyni zamanda homoloji cəbr, modul nəzəriyyəsi kimi araşdırmalar aparır. Amerika Riyaziyyat Cəmiyyətinin üzvüdür.

Qeyd: Modern.az saytı bu istiqamətdə araşdırmalarını davam etdirəcək.

Elmin Nuri

***
Həmçinin oxu:

“Beyin axını”: Azərbaycanı tərk edən alimlər - I HİSSƏ- ARAŞDIRMA
http://modern.az/articles/43361/1/


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Rey
28.08.2013, 19:08

Ulduz Rəhimov var Kanadada. Qazax rayonundandır. Kanadanın Toronto universitetində dərs deyirş

MAHİR QABİLOĞLU
28.08.2013, 19:31

Maraqlı mövzudur. Musuqi xadimlərini də bura əlavə etsəniz yaxşı olar

Sabir
28.08.2013, 21:48

Ey menim milletim, atalar yaxshi deyib, . Kenarda choxlarimiz ishleyirik. Adam var deyir ki alimem, amma biznes ile meshguldur. Ona gorede, her sheyin olchusu var. Elmi ishinde olchusu var , onlardan biri , ve 2-chsi ise indeks Hirsha. Sizin bu gune kimi olan yazilardan tek Murshudov var ve Thomoson ISI-de. Bundan elave, oarad 2-3 bashga azeriler de var. Vessalam. Inchimeyin, bu dogrudur. Bir neche il bundan evvel, menche bakida, riyyaziyat Institunun direktoru, (sehf etmiremse akademikdir), butun xarichde yashayan azeri alimlerinin elmi gosterishlerini toplayib, ve onu menche chap etdirmishdi. Siz, o gezete baxin, ve ya ozunuz bash chekin Web of Science, Thomson ISI, ve ya . Orada, hershey bellidir. sadeche, kimin adini isteyirsiniz yazin ve yoxlayin. Sag olun.

Refail Alizade
29.08.2013, 08:18

Sabir bey, Web of Science (ISI) 'da yuzlerle azerbaycanlinin yuzlerle meqalesi var. Her hansi bir genish yayilmish azerbaycan familiyasi yazib bundan emin ola bilersiniz.

oxucu
29.08.2013, 08:58

Sabir muellim Sizin Azerbaycandan xeberiniz ne qederdise belli oldu. Impakt faktor yox bir Nobel mukafati siyahisi! Siz ne danishirsiz! O meqalede sadalanan alimlerin bizim uchun ne boyda kapital oldugunu derk ede bilirsimi? Onlarin belke de her biri bir elmi mekteb acha bilerdi. Ozunuzu chox savadli gostermek isteyirsiz. Meqalenin meqsedi Impakt faktoru vereqlemek deyil (onun da novbesi chatar) sadece probleme cemiyyetin diqqetini celb etmekdir! Her shey buradan bashlayir chunki!! Muellife chox teshekkur edirem. Bashqa saytlara SHOK xeber yaymaq evezine burdan numune goturmeyi arzu edirem.Davam etmenizi xahish edirem.

S.Mərzili
13.09.2013, 09:57

Azərbaycan insanı yüksək intellektual potensiala malikdi, təəssüf ki çox vaxt nə özü, nə də ətrafındakılar ona layiqli qiymət verə bilir. Yazının ideyası çox yaxşıdı, davamı olsun.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakıdakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri məlum oldu
18.11.2018, 18:44

Bakıdakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri məlum oldu

Çində vertolyot qəzaya uğrayıb, xəsarət alanlar var
18.11.2018, 17:48

Çində vertolyot qəzaya uğrayıb, xəsarət alanlar var

Türkiyə ordusu 68 terrorçunu zərərsizləşdirdi
18.11.2018, 17:08

Türkiyə ordusu 68 terrorçunu zərərsizləşdirdi

Yunanıstanda baş verən toqquşmalarda onlarla insan saxlanılıb
18.11.2018, 16:40

Yunanıstanda baş verən toqquşmalarda onlarla insan saxlanılıb

Əli Həsənov: “Aksiyaçılar polis işçilərinə müqavimət göstəriblər”
18.11.2018, 16:00

Əli Həsənov: “Aksiyaçılar polis işçilərinə müqavimət göstəriblər

Fransada keçirilən etiraz aksiyasında 409 nəfər yaralanıb
18.11.2018, 15:33

Fransada keçirilən etiraz aksiyasında 409 nəfər yaralanıb

Bakıda Dünya Kubokunun mükafatlandırma mərasimi keçirilib 
18.11.2018, 14:56

Bakıda Dünya Kubokunun mükafatlandırma mərasimi keçirilib 

Yevlaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var
18.11.2018, 14:34

Yevlaxda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var

Əli Kərimlinin həbs olunduğu mitinqlə bağlı RƏSMİ MƏLUMAT 
18.11.2018, 14:01

Əli Kərimlinin həbs olunduğu mitinqlə bağlı RƏSMİ MƏLUMAT 

Sabaha olan hava PROQNOZU
18.11.2018, 13:30

Sabaha olan hava PROQNOZU

Bu ərazilərdə elektrik enerjisi 4 gün  fasilələrlə veriləcək
18.11.2018, 13:26

Bu ərazilərdə elektrik enerjisi 4 gün  fasilələrlə veriləcək

Kaliforniyada yanğınlar zamanı 76 nəfər ölüb,  1276 nəfər itkin düşüb
18.11.2018, 13:09

Kaliforniyada yanğınlar zamanı 76 nəfər ölüb,  1276 nəfər itkin düşüb

Tatlısəsi azərbaycanlı həkim sağaltdı
18.11.2018, 12:43

Tatlısəsi azərbaycanlı həkim sağaltdı

39 yaşlı kişi borca görə bıçaqlandı - BALAKƏNDƏ
18.11.2018, 12:38

39 yaşlı kişi borca görə bıçaqlandı - BALAKƏNDƏ

Gəncədə 17 yaşlı qız itkin düşdü
18.11.2018, 12:09

Gəncədə 17 yaşlı qız itkin düşdü

Dövlət Komitəsinin nümayəndə heyətinin Vaşinqton görüşləri davam edir - FOTOLAR
18.11.2018, 11:58

Dövlət Komitəsinin nümayəndə heyətinin Vaşinqton görüşləri davam edir - FOTOLAR

160 saylı avtobus qatarla toqquşmaqdan son anda qurtuldu- RƏSMİ - VİDEO
18.11.2018, 11:38

160 saylı avtobus qatarla toqquşmaqdan son anda qurtuldu- RƏSMİ - VİDEO

Nazirlik 120 minə yaxın ağac payladı - FOTOLAR
18.11.2018, 11:24

Nazirlik 120 minə yaxın ağac payladı - FOTOLAR

Balakəndə qəza: xəsarət alanlar var
18.11.2018, 11:16

Balakəndə qəza: xəsarət alanlar var

Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı
18.11.2018, 10:44

Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı

Xırdalanda evdə yanğın
18.11.2018, 10:24

Xırdalanda evdə yanğın

Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı - ÖZƏL
18.11.2018, 10:22

Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı - ÖZƏL

Millətlər Liqasında 6-cı tur başlayır - TƏQVİM   
18.11.2018, 10:01

Millətlər Liqasında 6-cı tur başlayır - TƏQVİM  

Millətlər Liqasında daha 7 oyun və 5-ci tur yekunlaşdı - NƏTİCƏLƏR   
18.11.2018, 09:59

Millətlər Liqasında daha 7 oyun və 5-ci tur yekunlaşdı - NƏTİCƏLƏR  

“Ölkəmizi  tanıyaq” aksiyasının yolasalma  mərasimi oldu   
18.11.2018, 09:50

“Ölkəmizi  tanıyaq” aksiyasının yolasalma  mərasimi oldu  

Ermənistan cəbhədə təxribatlara davam edir
18.11.2018, 09:36

Ermənistan cəbhədə təxribatlara davam edir

ABŞ noyabrın 20-də Camal Qaşıqçının qatilinin adını açıqlayacaq
18.11.2018, 09:32

ABŞ noyabrın 20-də Camal Qaşıqçının qatilinin adını açıqlayacaq

İdman zamanı köməksiz vəziyyətdə qalan şəxs xilas edildi
18.11.2018, 09:15

İdman zamanı köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Çaylarda suyun səviyyəsi 16 sm-ə qədər artdı
18.11.2018, 08:57

Çaylarda suyun səviyyəsi 16 sm-ə qədər artdı

Cəmil Həsənli sərbəst buraxıldı
18.11.2018, 00:49

Cəmil Həsənli sərbəst buraxıldı

“Azərbaycanın səfərdə Kosovonu məğlub etməsi  çətin olacaq” – Rəqib baş məşqçi
18.11.2018, 00:38

“Azərbaycanın səfərdə Kosovonu məğlub etməsi  çətin olacaq” – Rəqib baş məşqçi

İŞİD-in son istehkamı da ələ keçirildi
18.11.2018, 00:23

İŞİD-in son istehkamı da ələ keçirildi

“Kosovo ilə oyunda məğlubiyyət haqqında düşünmürəm” - Qurban Qurbanov
18.11.2018, 00:10

“Kosovo ilə oyunda məğlubiyyət haqqında düşünmürəm” - Qurban Qurbanov

Fransadakı etirazlarda 220 nəfər xəsarət aldı
17.11.2018, 23:56

Fransadakı etirazlarda 220 nəfər xəsarət aldı

Çıxarışsız mənzillərin vergi problemi - VİDEO
17.11.2018, 23:31

Çıxarışsız mənzillərin vergi problemi - VİDEO

FİFA Türkiyə klubunu cəzalandırdı
17.11.2018, 23:09

FİFA Türkiyə klubunu cəzalandırdı

Azərbaycan Farer Adalarını məğlub etdi - VİDEO
17.11.2018, 22:51

Azərbaycan Farer Adalarını məğlub etdi - VİDEO

Talanan vəsait Bakıya qaytarılmalıdır - VİDEO
17.11.2018, 22:43

Talanan vəsait Bakıya qaytarılmalıdır - VİDEO

Kamran Ağayev zədələndi
17.11.2018, 22:23

Kamran Ağayev zədələndi

"İcazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır"- Siyavuş Novruzov
17.11.2018, 22:13

"İcazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır"- Siyavuş Novruzov

Azərbaycandan ABŞ-a qəti etiraz - RƏSMİ
17.11.2018, 22:00

Azərbaycandan ABŞ-a qəti etiraz - RƏSMİ

Pəis qızına cərimə yazan polisi mükafatlandırdı
17.11.2018, 21:43

Pəis qızına cərimə yazan polisi mükafatlandırdı

Piyada yol qəzasının qurbanı oldu
17.11.2018, 21:10

Piyada yol qəzasının qurbanı oldu

Azərbaycanda idmanın inkişafına böyük diqqət ayırılır
17.11.2018, 20:56

Azərbaycanda idmanın inkişafına böyük diqqət ayırılır

Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır
17.11.2018, 20:42

Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır

Üç gündə respublika üzrə 120 minədək ağac tingi paylanılıb - FOTOLAR
17.11.2018, 20:25

Üç gündə respublika üzrə 120 minədək ağac tingi paylanılıb - FOTOLAR

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb
17.11.2018, 20:17

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb

Azərbaycan - Farer adaları oyununun heyətləri açıqlandı
17.11.2018, 20:09

Azərbaycan - Farer adaları oyununun heyətləri açıqlandı

Çeçenistanda qadın kamikadze özünü partlatdı
17.11.2018, 20:02

Çeçenistanda qadın kamikadze özünü partlatdı

Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyasından DANIŞDI   
17.11.2018, 19:54

Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyasından DANIŞDI  

ARXİV