16 yanvar 2019, Çərşənbə
Ana Səhifə - ƏDƏBİYYAT - Allahverdi Bağırovla beş günüm neçə KEÇDİ…
Allahverdi Bağırovla beş günüm neçə KEÇDİ…
13.04.2015, 23:39

Cəlaləddin Qasımov
Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti,
Tarixci araşdırmaçı

Milli Qəhrəmanla bağlı xatirələr...

1992-ci ilin may ayı idi, Ağdamda Allahverdi Bağırovun qərargahında beş günüm beş ilimə bərabər keçdi. Ömrümdə unutmadığım, tariximizə qara yazılarla yazılmış Xocalı faciəsində imdad istəyənlərin, kömək istəyənlərin bir neçəsinə şahid oldum. Ağdam qəragahında ikinci günü belə xatırlayıram...

Qərargahdan çıxan Allahverdi Bağırov növbətçidən soruşur:
- Bu kişi kimdir? İki gündür onu burda görürəm.
Növbətçi:
- Araşdırmaçı tarixşçidir. Sizinlə görüşmək istəyir.
Allahverdi mənə yaxınlaşıb salam verdi:
- Salam, xoş gəlmisiniz. Bəs mənə niyə yaxınlaşmamısınız?
- Mən iki gündür sizi anbaan müşahidə edirəm. Ya erməni əsiri ilə, ya da Bakıdan, Müdafiə Nazirliyinin işçiləri ilə, xəstəxanadakı yaralı Xocalı sakinləri ilə danışırsınız, gah da cəbhədə atışma baş verəndə ora qaçırsınız. Bu iki gündə nə dincəldiyinizi nə yemək yediyinizi, nə də yatdığınızı gördüm.
Allahverdi Bağırov:
- Sən Ağdama bunumu deməyə gəlmisən?
- Mən sizin qəhrəmanlığınız barədə çox eşitmişəm. “İgidin adını eşit, üzünü görmə” deyiblər. Mən də haqqınızda çox şey bilirəm. İndi gəlmişəm özünüzü görüb tanıyam.
- Bəs iki gündür nəyi gözləyirsən?
- Gözləyirdim ki, yanınızda adam olmayan vaxt yaxınlaşım. Sizinlə rahat-rahat söhbət eləmək istəyirəm. Amma sizin boş vaxtınızı heç görmədim. Amma iki gündə sizin görüşdüyünüz insanlardan çox məlumat aldım. Və qərara gəldim ki, sizin haqqınızda bir tarixi roman yazım. 
- Xocalı faciəsi işğalının üçüncü ayı tamam olmaq üzrədir. Sən gec gəlmisən.
Gəlib o faciəni gözünlə görüb ondan yazsaydın, daha yaxşı olardı.


Biz beləcə söhbət edə-edə maşına yaxınlaşdıq. Allahverdi:
- Əyləş, - deyib məni də maşına dəvət etdi.
Biz UAZ-a əyləşdik.
Allahverdi:
- İndi nə istəyirsən soruş. Biz indi Naxçıvanik tərəfdən sərhəddə gedirik. Xocalı soyqırımında meşədə güllələnmiş sakinlərin meyitlərini alacağıq. Onlar tanınmaz haldadır, ermənilər bir tərəfdən zədələyib, qurd-quş da bir yandan… Gör neçə aydır meşədə qalıblar? Bu, sənə pis təsir edə bilər. İstəyirsən getmə, sən o hadisəni görməsən yaxşıdır.
- Mən tarixçiyəm. Millətimin faicəsini gözümlə görüb hər şeyi olduğu kimi yazacağam. Mən Çingiz Mustafayevin çəkdiyi videoya baxmışam. Seyidağa Mövsümov Xocalı soyqırımı şəkillərini çıxartdırıb mənə verib. Mən onları görəndə dəhşətə gəldim. Seyidağa ilə görüşəndə o şəkilləri necə çəkə bildiyini soruşdum. “Ermənilərin işərisində sənə kim icazə vermişdi”, - soruşdum. O da mənə dedi: “Xocalı soyqırımı zamanı meyitlər yığılan zaman ermənilər məni buraxmadılar, şəkil çəkməyə icazə vermədilər. Allahverdi Bağırov adlı bir nəfər Vitalik Baqdasaryana sərt-sərt baxıb məni göstərdi və “bu operator işini görəcək” dedi. Erməni dillənə bilmədi. Mən də erməni vəhşiliyini lentə aldım, vaxt gələcək, bu şəkillər ermənilərə qarşı bir silah kimi istifadə olunacaq. Onların vəhşiliyini dünya görəcək. Mən əminəm ki, bizim və bizim babalarımızın elədiyi səhvləri gənc nəsil təkrarlamayacaq. Bu şəkillər, videogörüntülər gənc nəslə dəlil-sübut olacaq. Onlar bədnam qonşularımızın nələrə qadir olacağını görəcəklər”.

Allahverdiyə hava telefonu vasitəsilə Kamilin reanimasiyadan çıxdığını xəbər verdilər.
Allahverdi əlini maşının ruluna atıb sürücüyə dedi:
- Tez ol, sür, xəstəxanaya.
Sürücü istiqaməti dəyişdi. Mən onların həyəcanını görüb soruşdum:
- Kamil kimdir?
Allahverdi:
- Biz bir futbol komandasında oynamışıq. Bir cəbhədə döyüşmüşük. Əsgəranda, Xocalıda Milis İdarəsində işləyirdi. Çox sevdiyim bir dostumdur Kamil. Xocalıda meyitləri yığanda onu ağır yaralı halda tapdıq. O gündən bəridir də komadadır. Hər gün baş çəkirəm. Onun üçün Bakıdan həkim gətirtdim. Bir əlac edə bilmədilər. İndi ayılan kimi məni soruşub. Məni çağırtdırıb.

Biz xəstəxanaya çatdıq. Allahverdi iri addımlarla palataya girdi.
Kamilin sarıqlı əlini tutub iki əlinin içinə aldı:
- Çox sevindim. Sən yaşamalısan, Kamil!
Kamilin səsi xırıldadı:
- Mən çoxdan ölmüşəm Allahverdi, səninlə danışan mənim ruhumdur. Mənim, bizim, bütün xocalıların qisasını namərd düşməndən al. Mənə söz ver. Samveldən qisasımı alacaqsan.
20 il bir kabinetdə oturduğum, ailə dostum, ən yaxın yoldaşım bildiyim Samvel namərdcəsinə bizi qırdı. Acımadı. Yüzdən artıq silahsız sakini çıxartdıq Xocalıdan, bir yüksəklikdə bir qız uşağının çığırtısını eşitdik. Kömək istəyirdi, cəmi beş avtomatlı döyüşçümüz vardı. Beşimiz də yüksəkliyə qalxanda qarşımıza 20 nəfərlik silahlanmış dəstəsi ilə Samvel çıxdı. Mən xahiş elədim ki, köhnə dostluğumuzun xətrinə bizi əsir alın, camaata dəyməyin, yalvardım. Samvel dedi ki, “oldu, silahları verin, camaata dəyməyəcəyik”. Camaat getdikdən sonra silahları təhvil verəcəyimi dedim.
O əlini hava telefonuna atıb əmr verdi: - Hazır olun, atəşə!
Bir də baxdım ki, yüksəkliyin hər tərəfindən camaatı mühasirəyə alıblar.
Samvel dedi:
-Gördün? Biz tək deyilik bax orda da silahlılar var. Camaat hər tərəfdən mühasirədədir. Təslim olmasan hamısını qıracağıq, silahını təhvil ver!
Mən baxdım ki, atəş açılsa, hamını qıracaqlar. Bizi elə mühasirəyə almışdılar ki, qaçmağa yol yoxuydu. Məcbur qalıb silahı verdim. İnanmazdım ki, Samvel bu dərəcədə namərd olsun. O mənim silahımı alıb dedi:
- Ən çox sevdiyim bilirsən nədir? Düşmənin silahı ilə düşməni öldürmək.
Bunu deyib mənə atəş açdı. Yerə yıxılanda camaata baxdım ki, üç tərəfdən güllə-barana tutulurlar, hərə bir tərəfə qaçır.
Allahverdi, mənim gözüm o faciəni gördü. İndi sən de, mən necə yaşaya bilərəm? Mənim qisasımı Samveldən al!
Allahverdi:
- Sənə söz verirəm, Samveli elə bu gecə evindən, arvad-uşağının yanından sürüyüb gətirəcəyəm. İt kimi gəbərdəcəm. Onun zülmünə qarşı cavabını verəcəyəm!
Kamil gözlərini yumdu.
Allahverdi:
- Sənə söz verirəm, əziz dost.
Allahverdi Bağırov elə vəziyyətdəydi ki, mən ona yaxınlaşmağa cürət eləmirdim. O: - Qərargaha sür! - düyə sürücüyə əmr elədi.

Qərargahda beş əsgəri çağırtdırıb birlikdə plan hazırlamağa başladılar.

Allahverdi Əsgəranı yaxşı tanıyan iki kəşfiyyatçıya tapşırıqlarını verdi. Onlardan biri erməni postunu keçib ərazinin boşluq yerini seçməliydi, ikincisi də Samvelin evini tanıyırdı.
Allahverdi onlara göstəriş verib yola saldı. Üç əsgəri ilə qərargahdan çıxanda məni görüb yaxına gəldi:
- Mən sənin sualına cavab vermədim, sən mənə demişdin ki, gecələr də yatmıram. Mən Xocalı faciəsini görəndən sonra yuxum ərşə çəkilib. Mən o dünyada yatacam. Siz yazarlardan da bir istəyim var, tariximizi düz yazın!. SSRİ vaxtında yazılan o yalan tarixi dəyişdirin.
Ermənilər orta məktəb dərsliklərində “türklər sizin düşməninizdir!” yazanda, bizimkilər məktəbdə “qəhrəman Samuyan adına rayonlar, məktəblər, xəstəxanalar açırdı…



Allahverdi maşınına tərəf yönəldi. Özü ilə də üç nəfər əsgərini də götürdü.
Onlar UAZ maşınına minib Əsgəran rayonunun Xoromor kəndinə doğru getdilər....

...O kənddə  ermənilər yaşayırdılar. O kənd istiqamətində Allahverdini öz dəstəsindən biri, kəndi yaxşı tanıyan kəşfiyyatçısı gözləyirdi. Onlar məktəbin arxasına yaxınlaşanda gecə saat 12-yə az qalırdı. Burada dayandılar, kəşfiyyatçı maşına yaxınlaşdı, məruzə etdi:
-Yol burdan yaxındır, Samvel evdədir, iki saat olar gəlib. Evdə bir oğlu, bir qızı və arvadı ilə birlikdədir. Oğlunun 24 yaşı var. Hərbçidir.
 Allahverdi əlini maşının içindəki şitə çırpdı:
- Əlimə keçdin, Samvel! Mən bu günü gözləyirdim!
Allahverdigil indi dörd nəfər idilər, kəşfiyyatçı kəndin içindən keçən yolu göstərdi:
- Bax o evdir.
Sürücü o evə yüz metr qalmış maşının işıqlarını söndürdü. Alahverdigil maşını həyət qapısında saxlayan kimi, kəşfiyyatçı tez maşından düşdü. Ardınca da hasarı aşıb həyət tullandı, səs salmadan darvazanın qapısını içəridən açdı.

İki əsgərimiz yavaşca darvazadan içəri girdi, sonra kəşfiyyatçı ilə birgə qəfildən Samvelin evinə daxil oldular. Onların ardnca Allahverdi də evə girdi. Əsgərlərimizdən biri Samvelin arvadını, qızını, oğlunu yan otaqda üzü üstə yerə uzatmışdı. Onlar qorxudan əsir, ağlayırdılar.
Digər iki əsgərimiz Samveli təpikləyərək Allahverdinin qarşısına gətirdilər. Samvel gah qarnını, gah da başını tutaraq sürünə-sürünə Allahverdinin ayaqlarına düşdü. Sağa boylananda yan otaqda üzü üstə uzanmış ailəsini gördü. Allahverdiyə yalvarmağa başladı:
- Biz səninlə çörək kəsmişik, siz çörək kəsdiyiniz insanlara hörmət edirsiniz axı. Məni oğlumun, qızımın yanında sındırma.
Allahverdi ayağını qucaqlayan erməni komandirini hikkəylə təpiklədi:
- Bəs sən Kamillə özün ağırlıqda çörək kəsməmişdin? Siz 20 il bir yerdə, polisdə işləmişdiniz. Ailəvi dostluğunuz vardı. Qardaş idiniz, nə oldu? Onunla son görüşünü xatırla! Onunla aranızda nə baş verdi?
- Bax Allahverdi, bu mənlik deyil, Qarik göstəriş verdi.
Allahverdi:
- Əsgər, bunun ailə üzvlərini ayağa qaldırın, hamısı mənim üzümə baxsın!
Allahverdi üzünü Samvelin arvadına tutdu:
- Sən Kamili yaxşı tanıyırsan, bəlkə yüz dəfə qarşısına çörək qoymusan. Bu evi o həmişə öz evi bilib. Sənin uşaqların onun qucağında böyüyüb. Qarqar çayının yaxınlığındakı Boz dağda Xocalı sakinlərini çıxaranda Kamil Samveldən kömək istəyib, öz silahını da Samvelə təhvil verib. O Samvelə deyib ki, “məni əsir götür, amma Xocalı sakinlərinə dəymə, şaxtada ayaqyalındılar,
qoy getsinlər, öz silahımı da sənə verirəm”. Samvel də ona söz verib, silahını alandan sonra da Kamilə deyib ki, “heç bilirsən mənim həyatda ən çox xoşladığım şey nədir? Düşmənin silahı ilə düşmənin özünü vurmaq”. Kamil ona yalvarıb ki, “Samvel, biz səninlə dost, qardaş olmuşuq”. Amma elə o yalvaran anda Samvel atəş açıb, bir dəfəyə 130 nəfəri güllədən keçiriblər. O insanların meyitini mən topaldım çölün düzündən. Hamısı silahsız, əyni-başı olmayan köməksiz adamlar idi. Mən hələ birini bilirəm, o biriləri də sən deyəcəksən!

Allahverdi səsini qaldırmışdı, o hirsindən əsirdi:
- İndi bildinizmi siz kimsiniz?! Sənin ailəni də mən öldürəcəyəm, Samvel! Hamısını bir-bir qıracağam! Bəs bilmirdin ki, nə vaxtsa elədiklərinin cəzasını çəkməli olacaqsan?! 

Samvel və ailəsi ağlamaqdan bihal olmuşdular. Onlar ilan kimi yalvarırdılar, Allahverdi silahı onun arvadının və qızının başına tuşlayıb dedi:
- Hə, Samvel hansından başlayaq?! 
Samvelin danışacaq halı yox idi, Əsgərlərimizdən biri onun əl-ayağını bağlayıb çiyninə atdı, maşına tərəf apardı.
Samvelin oğlu Allahverdiyə yalvarmağa başladı:
- Atam Xocalı hadisəsindən sonra mənə dedi ki, “səni snayperçi olaraq posta yazmışam. Qarikin oğlunu isə sənin postundan daha aydın görünən yerə göndərəcəm. Onu vurarsan”. Mən onun dediyini elədim, baxın, atam erməni əsgərlərini də öldürtdürürdü. 
Allahverdi:
- Düzünü de, sənə inanmalıyammı?!
Samveli oğlu Allahverdinin qarşısında tir-tir əsirdi. Alllahverdi:
- Mən sənə inanmıram!
Samvelin oğlu:
- Bizim əsgərlərimizdən üçü Xocalıda ölənlərin üstündən qızıl, pul götürüb gizlətmişdilər. Biri də mənim bibim oğluydu., Qarik bundan xəbər tutanda onların üçünü də öldürdü. Atamın bacısı oğlunu da öldürmüşdü və demişdi ki, “biz 366-cı alayın komandiri Zərqəliyev Yuri Yuriyeviçin pulunu ödəməliyik. Bizim xain əsgərimiz bizdən pul gizlədiyinə görə ölməliydi, mən də öldürdüm”. Bu da atamın pisinə gəldi, ondan qisas aldı.

Samvelin ailəsi “bizi öldürməyin” deyərək əsgərlərimizə yalvarırdı. Allahverdi:
- Biz arvad-uşaqdan qisas almırıq, - dedi.
UAZ-ın baqajını açıb Samveli ora soxdular. 
Əsgərimiz Samvelin oğluna aid avtomat silahları götürərərk dedi:
- Ayağa qalxsanız öldürəcəm!

Hərbçilərimiz maşına minib oradan uzaqlaşdılar. Allahverdinin özü sükan arxasına keçmişdi, maşını özü sürürdü. Onlar Əsgəranın Aranzaq tərəfindən təmas xəttinə doğru yaxınlaşdılar. Burada onları əvvəlcədən yola çıxmış birinci kəşfiyyatçı qarşıladı. Allahverdi ondan soruşdu:
- Postu yoxlamısan? 
- Bəli, yoxladım. Xanabaddan keçəcəyik, orda boşluq var. 
Onlar erməni səngərini keçdilər. Kəşfiyyatçı Allahverdidən soruşdu. 
- Necə oldu, bir saata gəldiniz? 
Allahverdi hirslə cavab verdi:
- Biz qonaqlığa getmişdik ki?  
O arxadakı əsgərlərinə dönüb dedi:
- Halaldır, hamınız yaxşı iş bacardınız. Qarikin canı əlimə keçdi, oğlunun ölümündən sonra köpəyin oğlu məndən küsmüşdü. Hava telefonu ilə çağırırdım, cavab verimirdi. İndi gör mən onların başına nə oyun açacam. Samvelin oğlunun verdiyi məlumat məni çox sevindirdi. 

Onlar Ağdama çatdılar. Sürücü:
- Komandir, qərargaha sürüm? 
Allahverdi:
- Hə.                       
O, Agdamda “Pionerlər evi”ndə yerləşən qərargahına çatıb, maşından düşdü, əsgərlərə göstəriş verdi:
- Aparın, köpək oğlunu, əlləri-ağzı bağlı vəziyytədə qalsın, səhərə kimi açmayın. Amma mənə bunun ölüsü deyil, dirisi lazımdır. Başınızla cavabdehsiniz. 
O qərargaha daxil olanda burada gözləyən Xocalı sakinləri Allahverdinin üstünə cumdular:
- Kömək elə Allahverdi, bizim balalarımızı düşmənin əlindən al, sən istəsən alarsan, bizi bəladan qurtar. Sən 1200 nəfərin girovluqdan xilas edilməsinə səbəbkar olmusan. Onların arasında da bizim qohum-qardaşlarımız var. Meyitləri də sənin köməyinlə yığmışıq, bizə kömək elə.

Allahverdi onları sakitləşdirərək, hamısını yerinə oturtdu, özü də yanlarında əyləşdi. 
- Bir-bir danışın. Mən də bir çarəsinə baxım, hamınız birdən danışırsınız.

Xocalı sakinləri bir-bir dillənməyə başladılar:
- Qaynım əsirlikdən qayıdanda danışırdı ki, Xan kəndində mənim doqquz yaşlı oğlumu görüb. Sağ-salamat imiş.
- Üç balamla birlikdə Xankəndindəydik. Bizi dəyişəndə, səkkiz yaşında qızım da orda qaldı. Ermənilər onu vermədi. O uşaqların hamısını bir yerdə saxlayırdılar. Biz “Qırmızı Xaç” vasitəsi ilə onu axtardıq, amma ermənilər ondan xəbərsiz olduqlarını dedilər. Onlar mənim qızımı danırlar. Öz gözümlə görmüşəm, övladım sağ-salamatdır. 

Allahverdi və dəstəsi Xocalı sakinlərini bir-bir dinləyib girovluqda qalanların, itkin düşənlərin adlarını  yazırdılar.
Allahverdi onları sakitləşdirməyə çalışırdı:

- İki gün gözləyin, sizə bir xəbər verəcəm, əgər sağdılarsa, söz verirəm, onları sağ-salamat geri alacam. 

Gecə saat 3-ə az qalırdı. Allahverdi məni yanına çağırdı:
- Mənə lazım olan hər şeyi öyrəndim. Hələ də öyrənməyə davam edirəm. Beynimə yazıram gördüklərimi.
Mən:
- Sizi işinizdən etməyim, elə qərargahdan hər şeyi görürəm.
Allahverdi çölə çıxıb əsgər və zabit heyətini topladı. Postdakıları soruşdu. Göstərişlər verdi:
- Tez postları yoxlayın, vəziyyət barədə məlumat verin. 

Səhərə az qalırdı, saata baxdım, 6 idi. Bir stolda başımı qoyub mürgüləməyə çalışdım. 
Allalhverdi üstümə adyal örtdürdü. Əsgərlərimiz xəbər gətirmişdi:
- Komandir, postlarda sakitçilikdir. Evə niyə getmirsən?
Allahverdi:
- Düşmənin quyruğunu pis tapdalamışıq, hər an hüvuma keçə bilərlər. hamınız ayıq olun!
O hərbi gödəkcəsinin boyunluğunu qaldıraraq, başını stola əydi:
- Sakitçilikdirsə, mən də bir neçə saat yatım...
  

Səhər açıldı, saat 9-da Allahverdi yuxudan oyanmışdı. Əl-üzünü yuduqdan snra əsgərlərin təzə dəmlədiyi samovar çayından içdi. Sonda növbətçini çağırıb təmas xəttindəki vəziyyəti soruşdu:
- Nə xəbər var o tərəfdən? Atışma olubmu?
- Yox. Həmişəki kimi yenə arabir atırlar. Səhər saat 8-də kəsib atışma. Qarik bir saatdır ki, hava telefonu ilə səni çağırır. Görüşmək istəyir. Nə desinlər ona?
Allahverdi:
- Ona deyin saat 2-də danışacam.
O əsir götürdüyü Samveli gətizdirdi, onu dizüstə çökdürüb, dedi:
- Sən mənə əsir düşmüş birinci ermənisən ki, qarşımda dizüstə durmusan. Mən düşmənim də olsa, əsirləri stulda oturtmuşam, hörmətlə yanaşmışam. Amma sənin kimi murdar insan mənimlə üzbəüz bir stulda oturmağa layiq deyil! Mən səni silahsız əhalini qətlə yetirdiyinə görə, dostun, 20 il bir yerdə işlədiyin Kamili güllələdiyinə görə bağışlamayacam!
Samvel yalvarırdı:
- Səhv elədim, bağışla. 
Allahverdi:
- Qarikin oğlunu nə üçün öldürtdürdün? Qarik bilsə, bəs nə olacaq, heç xəbərin varmı? O sənin bütün ailəni qıracaq. Qarik da sənin yaxın dostun idi.
Samvel:
- Qarik mənim bacım oğlunu öldürdü. 
Samvel İrəvandan gəlmiş xüsusi xidmət orqanlarının sirlərini danışırdı:
- Biz onların əmrini yerinə yetirmişik. Yoxsa bizim özümüzü öldürərdilər, məni öldürmə, canım sənin əlindədir. Əməkdaşlıq edəcəm. Sözümə yalan çıxsam, bircə kəlmə Qarikə deməyin bəs edər ki, məni də, ailəmi də Yer üzündən silsin. Öldürsən əlinə nə keçəcək? 
Allahverdi:
- Qarik səhər saat 8-dən məni axtarır. Bilirsən niyə? Səni almaq üçün bazarlıq edəcək. Səni sevdiyi üçün, səni dost bildiyi üçün. Amma o bilmir ki, oğlunu sən öldürmüsən. O bilsə nə olacaq?
Elə bu vaxt bir polkovnik içəri girdi. Növbətçi də arxasınca...
Allahverdi növbətçiyə:
- Sənə deməmişdimmi heç kimi içəri buraxma?! 


Ardı var


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Kerim
16.04.2015, 03:04

Allahverdi Bağırov ruhun sad olsun seni unutmamaliyiq igir Azerbaycan oglu qehraman senden imdat isteyenler komey elediyin insanlar hani indi tesyf ki seni xatirlayanlar az goryrem

ezize agahuseynqlzl
15.10.2015, 10:21

menim ucun cox maraqli oldu ki siz hemin hadiselerin wahidi olmusunuz,tarixi gorerek yazmlslnlz,Allahverdi kimi ogullarln qanl gerek yerde qalmasln,indi ele konulluler yox derecesindedir,yazlda duwmenin ic uzunu aydln goruruk,onlar hemiwe perdelenib aramlzda yawaylblar,bizse onlara inanmlwlq,cox teessuf...Cox hormet etdiyim Celaleddin muellim,sizin bew gunluk cebhe heyatlnlz dogrudan da cox agrllidlr,hemin tarlx gerek saxtalawmasln,gelecek nesil bilsin ki ,Qarabag muharibesi neyin ucbatlndan olub,ve orada vuruwan Allahverdi kimi ogullar tarixin qan yaddawlnda qalmalidllar oz qehremanliqlarl ile tewekkur edirem size yeni yaradlclliq ugurlarl arzulaylram.

ezize agahuseynqlzl
15.10.2015, 10:39

men hemiwe milli-vetenperverlik ruhunda yazllan yazllarl maraqla oxuyuram,sizin de bir omre bes edecek bew gunluk agdam-cebhe xatiratlnlz, doyuw tarixi,olmuw hadiseler meni rahat qoymadl ,urek agrlsl ve heyacanla oxudum bu yazllarl dogrudan da duwmenin ic uzunu bir daha gorur ve hiss edirik,omru boyu bir sufrenin arxaslnda oturan,20 il dostluq eden ermeni axlrda yediyi coreyi ve dostlugu tapdaylb -duwmen movqeni ustun tutur.neynek ,zaman gelecek butun tarix boyu yawayanlar onlarln saxta bir millet olduqlarlnln wahidi olacaqlar,Allahverdi Baglrov kimi qehremanlarlmlza ewq elsun,onlar hemiwe bizim qelbimizde semender quwu kimi yawayacaqlar...Celaleddin muellim,tewekkur edirem size,var olun...

15.10.2015, 10:42

deyerli yazl ucun size tewekkur edirem,Celaleddin muellim,sizin bew gunluk cebhe seferiniz bir omre bes eder,var olun

ezize agahuseynqlzl
15.10.2015, 10:47

duygulu urekde ancaq bele hissler ola biler , var olun CELALEDDIN MUELLIM,TORPAQ, UGRUNDA OLEN VARSA VETENDIR....VETENI YAWADAN ALLAHVERDI KIMI OGULLARLMLZ VAR OLSUN...

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ötən gün narkotiklərlə əlaqədar 11 nəfər tutuldu
16.01.2019, 10:02

Ötən gün narkotiklərlə əlaqədar 11 nəfər tutuldu

Ermənistan atəşkəsi 26 dəfə pozdu    
16.01.2019, 09:58

Ermənistan atəşkəsi 26 dəfə pozdu  

Bu gün Parisdə Məmmədyarov-Mnatsakanyan görüşü keçiriləcək
16.01.2019, 09:35

Bu gün Parisdə Məmmədyarov-Mnatsakanyan görüşü keçiriləcək

Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR   
16.01.2019, 09:25

Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR  

Ali məktəblərin əldə etdiyi gəlirlərin 40 faizi müəllimlərə sərf ediləcək
16.01.2019, 09:20

Ali məktəblərin əldə etdiyi gəlirlərin 40 faizi müəllimlərə sərf ediləcək

Azərbaycanda 5111 nəfər adını, ata adını, soyadını dəyişmək istəyib - RƏSMİ   
16.01.2019, 08:16

Azərbaycanda 5111 nəfər adını, ata adını, soyadını dəyişmək istəyib - RƏSMİ  

Manat və dollar bu gün hansı məzənnədə olacaq?
16.01.2019, 08:09

Manat və dollar bu gün hansı məzənnədə olacaq?

Prezidentliyə namizədlərin sayı 8-ə çatdı
16.01.2019, 00:59

Prezidentliyə namizədlərin sayı 8-ə çatdı

Yanvarın 17-də uşaqların bağçaya aparılmaması tövsiyə edildi
16.01.2019, 00:20

Yanvarın 17-də uşaqların bağçaya aparılmaması tövsiyə edildi

Parlamentarilər Avropa İttifaqından çıxmağın əleyhinə səs verdi
16.01.2019, 00:11

Parlamentarilər Avropa İttifaqından çıxmağın əleyhinə səs verdi

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
15.01.2019, 23:51

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
15.01.2019, 23:41

Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR

“Boko Haram”  daha bir şəhəri ələ keçirdi
15.01.2019, 23:18

“Boko Haram” daha bir şəhəri ələ keçirdi

Bu avtomobildə qüsur tapan hakerə 1 milyon dollar ödəniləcək
15.01.2019, 23:06

Bu avtomobildə qüsur tapan hakerə 1 milyon dollar ödəniləcək

Elmar Məmmədyarov  həmsədrlərlə görüşdü - FOTO
15.01.2019, 22:50

Elmar Məmmədyarov  həmsədrlərlə görüşdü - FOTO

Güclü qar səbəbindən Ankara-İstanbul  yolu bağlandı
15.01.2019, 22:32

Güclü qar səbəbindən Ankara-İstanbul  yolu bağlandı

İranda 49 min uşaq dövlət tərəfindən tanınmır
15.01.2019, 22:14

İranda 49 min uşaq dövlət tərəfindən tanınmır

ABŞ Gürcüstan və Ukraynada hərbi laboratoriya yaradıb
15.01.2019, 22:00

ABŞ Gürcüstan və Ukraynada hərbi laboratoriya yaradıb

Paşinyan gözlənilmədən Gürcüstana gəldi
15.01.2019, 21:39

Paşinyan gözlənilmədən Gürcüstana gəldi

Gələn aydan sayğaclara baxış keçiriləcək
15.01.2019, 21:22

Gələn aydan sayğaclara baxış keçiriləcək

İlham Əliyev Fransanın sabiq prezidentini qəbul  etdi
15.01.2019, 21:06

İlham Əliyev Fransanın sabiq prezidentini qəbul  etdi

Bakı Nəqliyyat Agentliyi də hava ilə bağlı XƏBƏRDARLIQ etdi   
15.01.2019, 20:52

Bakı Nəqliyyat Agentliyi də hava ilə bağlı XƏBƏRDARLIQ etdi  

“Leyla Əliyevanın təşəbbüsü ilə Macarıstanın Debrecen Universitetində təhsil alıram” – azərbaycanlı tələbə
15.01.2019, 20:46

“Leyla Əliyevanın təşəbbüsü ilə Macarıstanın Debrecen Universitetində təhsil alıram” – azərbaycanlı tələbə

Bakıda külək ağacı maşının üzərinə aşırdı
15.01.2019, 20:30

Bakıda külək ağacı maşının üzərinə aşırdı

Rəsulzadənin barelyefinin oğurlandığı təsdiqləndi: Çox qiymətli materialdan hazırlanmışdı
15.01.2019, 20:19

Rəsulzadənin barelyefinin oğurlandığı təsdiqləndi: Çox qiymətli materialdan hazırlanmışdı

Gözlənilən təhlükəli hava şəraiti ilə bağlı QƏRARGAH yaradıldı
15.01.2019, 20:01

Gözlənilən təhlükəli hava şəraiti ilə bağlı QƏRARGAH yaradıldı

37,1 milyard manatlıq məhsul satılıb...
15.01.2019, 19:37

37,1 milyard manatlıq məhsul satılıb...

Sabah Xətai qazsız qalacaq
15.01.2019, 19:31

Sabah Xətai qazsız qalacaq

Şamaxıda yol qəzası - ölən var
15.01.2019, 19:12

Şamaxıda yol qəzası - ölən var

Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edildi - Komissiya yaradıldı
15.01.2019, 18:55

Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edildi - Komissiya yaradıldı

Novruz Məmmədov tapşırıqlar verdi
15.01.2019, 18:42

Novruz Məmmədov tapşırıqlar verdi

“ASAN”da konsulluq xidmətləri göstəriləcək
15.01.2019, 18:25

“ASAN”da konsulluq xidmətləri göstəriləcək

Prezident səfiri geri çağırdı
15.01.2019, 18:15

Prezident səfiri geri çağırdı

Mətbuat Şurası “Təzadlar”ı yenidən “qara siyahı”ya sala bilər
15.01.2019, 18:10

Mətbuat Şurası “Təzadlar”ı yenidən “qara siyahı”ya sala bilər

Dubayda “Azərbaycan Ticarət Evi” açıldı
15.01.2019, 18:00

Dubayda “Azərbaycan Ticarət Evi” açıldı

Qulu Məhərrəmli Arif Alışanovun işdən çıxarılmasından DANIŞDI
15.01.2019, 18:00

Qulu Məhərrəmli Arif Alışanovun işdən çıxarılmasından DANIŞDI

“Bu məsələ belə qalmamalıdır” - Rəsulzadənin barelyefinin oğurlanmasına sərt ETİRAZ   
15.01.2019, 17:46

“Bu məsələ belə qalmamalıdır” - Rəsulzadənin barelyefinin oğurlanmasına sərt ETİRAZ  

Bakcell sosial şəbəkələrdə abunəçi sorğularını 100% cavablandırıb
15.01.2019, 17:01

Bakcell sosial şəbəkələrdə abunəçi sorğularını 100% cavablandırıb

SOCAR 1700-dən çox neftçini təxliyə edir
15.01.2019, 16:56

SOCAR 1700-dən çox neftçini təxliyə edir

AzTV-yə sədrlik Rövşən Məmmədova tapşırıldı   
15.01.2019, 16:45

AzTV-yə sədrlik Rövşən Məmmədova tapşırıldı  

Arif Alışanov AzTV sədrliyindən çıxarıldı - SƏRƏNCAM
15.01.2019, 16:30

Arif Alışanov AzTV sədrliyindən çıxarıldı - SƏRƏNCAM

Azərbaycanda uşağın cinsiyyətini qabaqcadan öyrənmək qadağan edilir    
15.01.2019, 16:14

Azərbaycanda uşağın cinsiyyətini qabaqcadan öyrənmək qadağan edilir  

Komitə sədri Parlamentdə vətəndaşları qəbul etdi
15.01.2019, 16:12

Komitə sədri Parlamentdə vətəndaşları qəbul etdi

Çevik Polis Alayında əməliyyat müşavirəsi   
15.01.2019, 15:55

Çevik Polis Alayında əməliyyat müşavirəsi  

Fədayə Laçın məhkəmə qərarından şikayət etdi
15.01.2019, 15:46

Fədayə Laçın məhkəmə qərarından şikayət etdi

Bakı meriyası Milli Şuranın mitinqinə icazə verdi
15.01.2019, 15:31

Bakı meriyası Milli Şuranın mitinqinə icazə verdi

Hindistanlı turist Qarabağdan VİDEO çəkib
15.01.2019, 15:27

Hindistanlı turist Qarabağdan VİDEO çəkib

Bağlanan bankın əmanətçilərinə 824.3 milyon manat ödənilib
15.01.2019, 15:25

Bağlanan bankın əmanətçilərinə 824.3 milyon manat ödənilib

65 yaşınız mübarək, Ağalar Bayramov!   
15.01.2019, 15:14

65 yaşınız mübarək, Ağalar Bayramov!  

Ləğv olunan dövlət orqanlarına işə qəbul üzrə müsahibələr keçirilməyəcək
15.01.2019, 15:13

Ləğv olunan dövlət orqanlarına işə qəbul üzrə müsahibələr keçirilməyəcək

ARXİV