Modern.az

Rəsmi Bakıdan Türkiyədə olan azərbaycanlılara ÇAĞIRIŞ

Rəsmi Bakıdan Türkiyədə olan azərbaycanlılara ÇAĞIRIŞ

16 İyul 2016, 11:11

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə baş verən hadisələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib.

 

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a bildirib ki, Türkiyədə olan Azərbaycan vətəndaşlarına maksimum diqqətli olmağa və Türkiyə hakimiyyətinin qoyduğu qayda və qanunlara ciddi əməl etməyə çağırış edilib.

 

Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarına vəziyyət normallaşana qədər əhalinin kütləvi yığışdığı yerlərdən uzaq durmaq, xüsusi ehtiyac olmadan küçəyə çıxmamaq, hər hansı bir problem yarandığı halda tez bir zamanda Azərbaycanın Türkiyədəki diplomatik missiyasına müraciət etmək və öz vəziyyəti barədə yaxınlarına və qohumlarına məlumat vermək tövsiyə olunur.

 

Azərbaycanın Türkiyədəki diplomatik missiyası gücləndirilmiş rejimdə işləyir.

 

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı olmaqla 60 nəfərin həlak olduğu bildirilir. Hərbi çevrilişə cəhddə 1300-dən artıq hərbçinin həbs olunduğu bildirilir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?