Modern.az

Bu ölkədə şagirdlərə Azərbaycanla bağlı dərs keçildi

Bu ölkədə şagirdlərə Azərbaycanla bağlı dərs keçildi

7 Noyabr 2016, 12:29

Yaponiyada “Müasir Dünya düzənində Azərbaycanın multikultural modeli” mövzusunda dərs keçirilib

Noyabrın 5-də Yaponiyanın paytaxtı Tokio şəhərinin Şinaqava bölməsində yerləşən məktəbdə, Dünya Azərbaycanlıları Assambleyasının (DAA) Şərqi və Orta Asiya ölkələri üzrə vitse-prezidenti, Yaponiya nümayəndəliyinin rəhbəri Əlibəy Məmmədov yaponiyalı məktəblilərə “Müasir Dünya düzənində Azərbaycanın multikultural modeli” mövzusunda dərs deyib.  


Modern.az-ın məlumatına görə, Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, Yaponiya-Azərbaycan əlaqələri haqqında söhbət açan Ə. Məmmədov xüsusi diqqəti Azərbaycanın multikultural modelinə yönəldib.


O qeyd edib ki, dövlət başçısı İlham Əliyevin (11 Yanvar 2016-cı il) sərəncamı ilə 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilib.


Ə.Məmmədov bildirib ki, tarixi ipək yolu üzərində yerləşən Azərbaycanda müxtəlif sivilizasiyalar qovuşur. Azərbaycanda müxtəlif dinlərin, millətlərin nümayəndələri sülh, əminamanlıq, qarşılıqlı anlaşma və hörmət əsasında yaşayırlar. Bugün Azərbaycanda dini etiqad azadlığı tam şəkildə təmin edilib. Azərbaycanda yaşayan ayrı-ayrı dinlərin, millətlərin və etnik qrupların nümayəndələri bərabər hüquqlara malikdirlər.


Diaspor rəhbəri Azərbaycan Prezidentinin 15 May 2014-cü il Fərmanı ilə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən söhbət açaraq, sözügedən mərkəzin azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın, mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin edən, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdan və mövcud multikultural modelləri tədqiq və təşviq edən qurum olduğunu vurğulayıb.


Ə. Məmmədov onu da vurğulayıbr ki, dövlətimiz tərəfindən həm ölkə daxilində, həm də xarici dövlətlərdə multikulturalizmin və dini tolerantlığın təbliği istiqamətində tədbirlərin keçirilməsi çox əhəmiyyətli bir prosesdir. Bunun vasitəsilə insanlar multikulturalizmin Azərbaycan modeli ilə tanış olmuş olurlar. Ölkəmizin imici daha da yaxşılaşdırılır və dünya miqyasında toleyrant bir dövlət kimi tanıdılmağa başlayır. Bu çox önəmli faktordur. Azərbaycanı “dünyanın multikulturalizm beşiyi” kimi brendləşdirmək, ölkəmizə xeyli sayda turistlərin də gəlməsinə səbəb ola bilər ki, bunun sayəsində ölkədə qeyri-neft sektoru xüsusilə turizm daha da inkişaf edər.


Diaspor rəhbəri sonda Dünya Azərbaycanlıları Assambleyası və dünyada Azərbaycan diasporu haqqında məlumat verərək bildirib ki, Azərbaycanın dünyada multikultural dövlət kimi tanıdılmasında yalnız dövlət deyil, həm də ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən aktiv diaspor təşkilatlarımız, xüsusilə DAA da öz növbəsində müxtəlif layihələr üzərində işləməkdədir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir