Modern.az

Mehriban Əliyeva: “Əsas diqqəti sosial problemlərin həllinə yönəldəcəyəm”

Mehriban Əliyeva: “Əsas diqqəti sosial problemlərin həllinə yönəldəcəyəm”

27 Fevral 2017, 00:46

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın “Rossiya 1” kanalının “Vesti nedeli” proqramına müsahibə verib.

Modern.az saytının Rusiya KİV-nə istinadən məlumatına görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bildirib ki, əsas diqqəti sosial problemlərin həllinə cəmləşdirəcək.

“Mən işimi sosial problemlərin həllinə yönəltmək niyyətindəyəm. Diqqəti əhalinin aztəminatlı hissəsinin həllinə cəmləşdirmək istəyirəm. İstər ictimai xadim, istərsə də dövlət məmuru üçün humanizmi qorumaq vacibdir”-deyə Mehriban Əliyeva bildirib.

O qeyd edib ki, birinci vitse-prezident postuna təyinat Azərbaycan rəhbəri İlham Əliyevin qərarıdır, təşəbbüsüdür.

“Məni vitse-prezident vəzifəsinə təyin etmək şəxsən Azərbaycan prezidentinin təşəbbüsüdür. Yəqin ki, uzun illər onun yalnız həyat yoldaşı deyil, silahdaşı olmağım da bu məsələdə öz rolunu oynayıb.

Bu təyinatdan qabaq isə prezidentlə bu məsələ barədə çox müzakirə apardıq. Əsas məsələ bu idi ki, üzərimə qoyulacaq məsuliyyətin öhdəsindən nə qədər gələ biləcəyəm. Lakin həyat yoldaşımın simasında mənə daim dəstək göstərməyə hazır olan şəxs görürəm. Birmənalı şəkildə deyirəm ki, məndə hər hansı şübhələr olan zaman o, mənə düzgün yol göstərəcək”.

 

Aqşin KƏRİMOV

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir