Modern.az

Mərkəzi Neftçilər Xəstəxanasında nə baş verir, həkimlər niyə işdən çıxır? - AÇIQLAMA  

Mərkəzi Neftçilər Xəstəxanasında nə baş verir, həkimlər niyə işdən çıxır? - AÇIQLAMA   

Aktual

26 Dekabr 2017, 15:09

Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasında ciddi maliyyə problemlərinin olduğuna dair məlumatlar yayılıb. Son günlər mətbuatda yazılan məlumatlarda xəstəxananın külli miqdarda borcunun olduğu, bu səbəbdən də tibbi personalın əmək haqlarının verilməsində çətinliklərin yarandığı vurğulanır. Hətta bir neçə tanınmış həkimin bu səbəbdən işdən könüllü surətdə ayrıldığı qeyd olunur.

 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a bu haqda yazılanların həqiqəti əks etdirmədiyini bildirib:


“Xəstəxanın borcu yoxdur. Olsa belə, bunun həkimlərə, xəstələrə nə aidiyyatl var? Bu, dövlətin təsərrüfat hesablı xəstəxanasıdır. Artıq bir neçə gündür ki, reketliklə məşğul olan saytlar xəstəxanaya qarşı kampaniyaya başlayıb.

Sizin sorğunuz əsasında xəstəxanın rəhbəri Leyli Seyidbəyli ilə əlaqə saxladım. Onun da bildirdiyi kimi, xəstəxana tam surətdə fəaliyyətdədir. Burada işinin peşəkarı, mütəxəssis olan həkimlərin fəaliyyəti danılmazdır. Bu kimi məlumatlar sadəcə xəstəxananın fəaliyyətinə kölgə salmaq üçündür. Amma 60 illik fəaliyyəti olan bir yer üçün bunlar əbəsdir. İstənilən halda xoşagələn də deyil”.

S.Əhmədova deyib ki, bir qrup həkim məsələ ilə bağlı müraciət imzalayıb:

“Bir qrup həkim ölkənin I vitse-prezidenti Mehriban Əliyevaya, Səhiyyə Nazirliyinə müraciət ünvanlayıb. Onlar müraciətdə belə yazıların qarşısının alınmasını istəyiblər. Heç kim ərizə yazıb işdən çıxmayıb. Kiminsə də işdən çıxmaq fikri yoxdur. Xəstələr də həkimlərdən narazılıq etmirlər. Narazı olsalar, heç xəstəxanaya gəlməzlər”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır