19 fevral 2019, Çərşənbə axşamı
Ana Səhifə - GÜNDƏM - Berqman, Tarkovski və Qotland adası
Berqman, Tarkovski və Qotland adası
19.11.2018, 11:18

İsveçə gələn gündən könlümdən keçənlərin biri də odur ki, yolumu salam Qotland adasına, Tarkovskinin sonuncu filmini – “Qurbanvermə”ni çəkdiyi Nərsholmenə (Närsholmen) gedəm. Bəşəri qorxunun, Apokalipsis öncəsi həyəcanın, xilas naminə qurbanvermənin kinoda təcəssüm olunduğu yerə.

Düzdü, Stokholmda o filmin atom müharibəsi elanı zamanı insanların panik qaçış səhnəsi çəkilən Tunnelgatan küçəsində olmuşam. Rejissorun belə bir kadrı niyə məhz adı kimi özü də tuneli xatırladan küçədə lentə almasını başa düşmək istəmişəm.

Filmlərində “İncil” mövzularından geninə-boluna istifadə edən rejissor burada da ənənəsinə sadiqdi – uzun, dar küçəni görəndə anladım bunu. Dəhşət, panika içində olan insan ən böyük qorxunu cəhənnəm darvazasından çıxırmış kimi dar keçiddə yaşayır.

…Atam danışırdı ki, Ağdama ilk mərmilər düşən gün təşviş içində qaçan adamlar Uzundərə körpüsünün altındakı dar keçiddə tixaca düşmüşdülər…

Mistikadan uzaq adamam, amma dünya mistik qəribəliklərlə doludu. Zavallı Tarkovskinin onda ağlına da gəlməzdi ki, filmin ilk təqdimatı Çernobıl faciəsiylə təxminən bir vaxta təsadüf edəcək, o məşum səhnəni çəkən kameranın quraşdırıldığı məhz həmin yerdə bir-neçə ay sonra İsveçin baş naziri Olof Palme qətlə yetiriləcək.

Xilas əvəzinə qurban! Budurmu, ilahi ədalət?

Bəşəri ideyaların yalnız İsveçdə yox, bütün dünyada carçısı olan bu adam öz əqidəsinəmi qurban getdi “Qurbanvermə” filminin çəkildiyi yerdə?

Bu, təkcə filmin ideyasının tarixi hadisələrdə ironik inikası deyil, həm də İsveç tarixinin sonacan açılmayan cinayət sirlərindən biridi.

 

Qotlanda getmək istəyimin bir səbəbkarı da dünya kinosunun başqa  ünlü ismi İnqmar Berqmandı.

Berqman ömrünün son illərini orada – Qotlandın, filmlərinin xeyli hissəsini ərsəyə gətirdiyi, şimal burdundakı balaca Furö (Fårö) adasında yaşayıb. Elə orada da dünyasını dəyişib və dəfn olunub.

İsveçlilərin “yay cənnəti” adlandırdığı bu adanın nəsə başqa bir sehrimi var ki, iki kino nəhəngi filmlərini bu yerlərdə çəkib, dünya ilə də elə burada vidalaşıblar!?

Tarkovski son filmini çəkəndə ağciyər xərçəngi olduğunu bilirdi.

İngmar Berqmanın filmlərinə yenidən, bu dəfə bir “isveçli” kimi baxmağa çalışıram. Məndən isveçli çıxmaz, onu bilirəm, sadəcə, Berqmanı duymağa can atıram. Doğrudanmı filmləri də özü kimi İsveçin təbiətindən doğub, yaranıb?

Böyüdüyü mühit, iqlim insanın dünyagörüşünə, dünyaduyumuna təsir edən ən güclü səbəbdi. İnsan xaraktercə yaşadığı təbiətə bənzəyir! Əgər belədisə, niyə Berqmanı dünya tamaçaşısı isveçlilərdən daha öncə başa düşüb, duyub?

 

İsveçlilər Berqmanı indi anlamağa başlayırlar. O, cəmiyyətdə individalizmin kök atdığı indiki vaxtda isveçlilərin müasirinə çevrilməkdədi. Onun yaradıcılığının pik dövründə isə İsveç cəmiyyətini sosial ədalət, siniflərarası münasibət düşündürürdü. Berqmansa bu söhbətlərdən uzaq idi.

O, ilk növbədə fərdiyyətçiydi, kiminləsə birgə işinə rast gəlməzsiniz. Berqman həmişə “sözündən çıxmayan” adamlarla işləyib. Sənətində daha çox ekzistensialist (türkiyəlilər buna yaxşı qarşılıq tapıblar – “varoluşçuluk”) mövzulara yer ayırıb.

Dünya miqyaslı rejissoru öz vətənində həm də ona qədər heç kimin toxunmadığı, bir növ “naqolay” mövzulara üz tutması fəxrolunacaq milli sənətkar səviyyəsinə qalxmağa qoymurdu.

Faşistlərə loyallığın tənəsini uzun müddət yaşadığını demirəm heç.

Bütün bu “narahatçılıqlar” onun dövlətlə vergi problemi yarananda zirvə həddinə çatdı və Berqman ölkəni tərk etdi. Sonra geri qayıtması üçün kraldan belə neçə adam onu dilə tutacaq, baş nazir publik üzr istəyəcəkdi.

***

“Fellinin, Berqmanın, Tarkovskinin filmləri daha kino deyil, dərs vəsaitidi!”

Bu fikri, çoxdan, hələ Bakıda yaşayan vaxtı qeyd eləmişdim gündəliyimə. Əvvəlki feysbuk səhifəmdə paylaşmışdım da. Sən deyən elə də reaksiya verən olmamışdı. Onda belə başa düşmüşdüm ki, yəqin fikir ya yarımçıqdı, ya da anlaşılmaz.

Təxminən on il sonra bu günlərdə təzədən o fikrə qayıdası oldum. Bu dəfə daha əminliklə!

O rejissorların çəkdikləri zaman sonrası dövrün kinolarıdı. Bu filmlər sabahın adamları üçündü.

Bütün böyük sənət nümunələri sənətkarın sabaha naməsidi!

Vaqif Mustafazadənin “Sevil” qrupu oxuyanda nənəmin televizoru Moskva kanalına çevirməyini xatırlayıram. Bu gün onun əsərləri qızımın sevimli musiqilərindəndi, konsertlərdə isveçli dinləyicilərə də sevdirir onu.

Tarkovskini mənə hələ yeniyetmə çağımda evimizin alt qatında kirayə qalan skripka müəlliməsi tanıtmışdı. “Stalker”ə birlikdə baxmışdıq televizorda. Sonra tələbə vaxtı “Bilik” cəmiyyətinin afişasında “Nostalgiya”nı görəndə tələsik yüyürüb bilet almışdım. Birdən mənə çatmaz deyə zirək tərpənmişdim. Kino başlayanda zalda üç-beş tamaşaçı görəndə isə çaşmışdım.

O gün Helsinqborq şəhər kinoteatrında “Bergman – bir il, bir ömür” adlı filmə baxanda Bakıdakı o kino seyrimi xatırladım. Zalda xanımımla məndən başqa bir də isveçli qadın vardı. Yanakı zalda nümayiş edilən hansısa “fantasy” filminə isə bilet çoxdan qurtarmışdı.

Dünya şöhrətli rejissorun 100 illik yubileyi münasibətiylə 2018-ci il İsveçdə “Berqman ili” elan olunub. Bu münasibətlə bütün qitələr əhatə olunmaqla dünya üzrə 114 tədbir təşkil keçirilib.  Elə bu film də onun 100 yaşına ərmağandı.

Bilmirəm, baxmısınızmı Berqmanın filmlərinə?! Hövsələli kinodanzövqalanlar gərək mütləq baxalar. Ona görə hövsələli deyirəm ki, onun da çəkdikləri “darıxdırıcı” filmlərdəndi. Dünya kinosunun bütün müəllif filmləri çəkənlərini bir hal birləşdirir – onların filmləri “darıxdırıcı”dı. Müasir kino tamaşaçısının belə filmlərə baxmağa hövsələsi çatmır.

Bir dəfə məndən baxmağa film istəyən bir tanışıma Lars fon Trierin çəkdiklərini yön verdim. Səhəri gün belə yazdı mənə: “Darıxdırıcıdı”. Elə o gündən mən də belə filmlərə “darıxdırıcı filmlər” deyirəm.

O filmlər hər kəs üçün deyil. Onlar məişət problemlərindən yox, həyatda varolma anlamında darıxanların filmidi. Ağrını dişində yox, qəlbində duyanların.

Çox qəribədi ki, Berqman da başqa bir kino klassiki Bunuelin filmlərini darıxdıcıdı adlandırırdı.

***

Berqman insanın daxili təbədülatlarını – ekstazdan dekadentliyəcən – kinoya çəkə bilən rejissordu. Hamıdan gizli zənn etdiyin öz hiss və düşüncələrini onun filmlərində görəndə donub qalarsan. Baxanda bəzən özünün neçə fərqli ruhi vəziyyətini, özünə sirli gələn halını görərsən.

 

“Ölmüşəm, amma yata bilmirəm”. “Pıçıltılar və çığırtılar” filminin qəhrəmanı Aqnes deyir bunu. Olubmu belə bir hal sizdə? Olubsa, rahat baxa bilərsiniz o filmə.

Antiutopik “Utanc” filmində intellektual adamların cəmiyyət kataklizmlərinə cavabdehliyi bir əxlaq norması kimi təqdim olunur. İntellekt vicdanla ağlın birgəliyidi. Yaxanı qırağa çəkənlərdən deyilsənsə, bax o filmə, səndən bəhs edir.

Diqqətli tamaşaçı yuxarıda söz açdığım “Qurbanvermə”ni “Fanni və Aleksandr” filminin davamı kimi görəcək. Amma eyni zamanda biri o birinin antitezasıdı. Bu filmlərin ideya bənzərliyi onu yaradanların ruh yaxınlığındanmı qaynaqlanıb? Yəqin ki, belədi. Axı, Berqman onu özünə ustad hesab edən, “onun filmləriylə yetişən” Tarkovskini ən çox sevdiyi rejissorların başında görürdü.

“Atalar-oğullar” temasına iki dahiyanə baxış da deyərdim bu iki filmə. Bəlkə də o filmlərdə özümü, öz uşaqlığımı görürəm, ona görə belədi. Birində sərt, o birində oğlu üçün hər şeyindən keçməyə hazır ata var. Atamı məhz belə ikili halıyla xatırlayıram.

“Payız sonatası”ı da nəsillərarası münasibəti çözməyə cəhd edən filmlərdəndi. Berqmanın ən xoşladığım filmidi o. Bəlkə də ilk dəfə ona subay vaxtı baxdışdım, ata deyildim deyə valideynin ağır basqısı altında əzilən övladı duyurdum onda. Bu yazını yazan günlərdə bir də baxdım, bu dəfə başqa cür oldu, bu dəfə filmdəki ananı anlamağa çalışırdım.

Yox, mən kinokritik deyiləm. Bu yazdıqlarım da filmlərin təhlili deyil, naşılıq olardı bu. Sadəcə, onların məndə oyatdığı duyğuların izahına çalışıram. Məndə bu duyğuları oyada bilən bu iki nəhəng “darıxdırıcı rejissoru” İsveçin çiskinli payız günlərində anlamaq istəyirəm.

Bilmirəm, onları nə qədər duyur, anlayıram, bir onu bilirəm ki, sənətkarın özünü nümayiş coğrafiyası onun azadlıq sərhədlərinədəkdi. Andrey Tarkovski SSRİ-yə qayıtmamasını orada işləməyə, film çəkməyə imkan verilməməsiylə izah edirdi atasına yazdığı məktubda. Ömrü boyu cəmi yeddi film çəkə bilmişdi, beşini vətəndə, ikisini vətəndən uzaqda, miqrant rejissor kimi.

Berqmanın isə azadlığına İsveçdə sərhəd olmayıb. Teatrda 170 tamaşa səhnələşdirib, 100-cən bədii, sənədli, televiziya filmi çəkib. Bununla belə, şəxsi həyata da bol vaxt ayırıb – teatrı arvada, kinonu məşuqəyə bənzədən Berqman beş qadınla rəsmi nigaha girib.

Görünür, azadlıq tək yaradıcılığa deyil, sevgiyə də üfüqlər açır.

Azadlıq nələrə üfüq açmır ki!

***

Gedəcəm Qotland adasına!

Vahid QAZİ

 

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Dağıntılar altında qalan daha bir işçinin cəsədi çıxarıldı
19.02.2019, 01:06

Dağıntılar altında qalan daha bir işçinin cəsədi çıxarıldı

Qadın eyni vaxtda yeddi uşaq dünyaya gətirdi
19.02.2019, 00:53

Qadın eyni vaxtda yeddi uşaq dünyaya gətirdi

Masallıda zəlzələ oldu
19.02.2019, 00:39

Masallıda zəlzələ oldu

Sirkə turşusu içərək özünə qəsd etdi
19.02.2019, 00:27

Sirkə turşusu içərək özünə qəsd etdi

Ceyhun Bayramov Ankarada azərbaycanlı tələbələrlə görüşdü
19.02.2019, 00:14

Ceyhun Bayramov Ankarada azərbaycanlı tələbələrlə görüşdü

Binəli Yıldırım istefa verdi: VİDA ÇIXIŞI - VİDEO
18.02.2019, 23:57

Binəli Yıldırım istefa verdi: VİDA ÇIXIŞI - VİDEO

Azərbaycan nefti bahalaşdı
18.02.2019, 23:43

Azərbaycan nefti bahalaşdı

Sumqayıt sakinləri İlham Əliyevi belə qarşıladı - VİDEO
18.02.2019, 23:24

Sumqayıt sakinləri İlham Əliyevi belə qarşıladı - VİDEO

Türkiyə ilə İran arasında yeni nəzarət-buraxılış məntəqəsi açılıb
18.02.2019, 23:09

Türkiyə ilə İran arasında yeni nəzarət-buraxılış məntəqəsi açılıb

Güclü külək Şamaxıya da ziyan vurdu
18.02.2019, 22:53

Güclü külək Şamaxıya da ziyan vurdu

Bakıda 26 yaşlı oğlan itkin düşüb
18.02.2019, 22:42

Bakıda 26 yaşlı oğlan itkin düşüb

İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur
18.02.2019, 22:30

İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur

Güclü külək Mingəçevirdə fəsadlar törətdi
18.02.2019, 22:14

Güclü külək Mingəçevirdə fəsadlar törətdi

Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı
18.02.2019, 21:57

Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı

“Kölgə iqtisadiyyatı”na ağır zərbə vurulub” -  Səfər Mehdiyev
18.02.2019, 21:34

“Kölgə iqtisadiyyatı”na ağır zərbə vurulub” - Səfər Mehdiyev

Deputatdan azərbaycanlılarla çeçenlərin davası barədə bəyanat
18.02.2019, 21:16

Deputatdan azərbaycanlılarla çeçenlərin davası barədə bəyanat

Bu yollarda sürət həddi endirildi - XƏBƏRDARLIQ
18.02.2019, 21:01

Bu yollarda sürət həddi endirildi - XƏBƏRDARLIQ

Dəmir yolu ilə yük daşımaları artıb
18.02.2019, 20:58

Dəmir yolu ilə yük daşımaları artıb

“Azərbaycan millisinin baş məşqçisi olduğum üçün xoşbəxtəm” - Nikola Yurçeviç
18.02.2019, 20:46

“Azərbaycan millisinin baş məşqçisi olduğum üçün xoşbəxtəm” - Nikola Yurçeviç

Sensasiya! - “Armani” daşnak firmasıdır - Əməkdar jurnalistdən SOS siqnalı
18.02.2019, 20:35

Sensasiya! - “Armani” daşnak firmasıdır - Əməkdar jurnalistdən SOS siqnalı

Suriyada partlayış: 9 ölü
18.02.2019, 20:28

Suriyada partlayış: 9 ölü

Naxçıvan döyüş hazırlığı vəziyyətinə gətirildi
18.02.2019, 20:16

Naxçıvan döyüş hazırlığı vəziyyətinə gətirildi

Bakıda işə gedən kişi itkin düşdü
18.02.2019, 20:01

Bakıda işə gedən kişi itkin düşdü

Salyanda kürəkən qayınatasının mal-qaranı oğurladı
18.02.2019, 20:00

Salyanda kürəkən qayınatasının mal-qaranı oğurladı

18.02.2019, 19:52

"Buta Airways"ın təyyarəsində nasazlıq yarandı

Əhalinin gəlirləri 6%-dən çox artıb
18.02.2019, 19:43

Əhalinin gəlirləri 6%-dən çox artıb

99 dövlət əmlakı özəlləşmədə - VAXT
18.02.2019, 19:34

99 dövlət əmlakı özəlləşmədə - VAXT

Milli Məclisin 6 deputatı ATƏT-in sessiyasına gedir
18.02.2019, 19:25

Milli Məclisin 6 deputatı ATƏT-in sessiyasına gedir

Azərbaycan millisi Latviya ilə qarşılaşacaq
18.02.2019, 19:16

Azərbaycan millisi Latviya ilə qarşılaşacaq

Sumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişi - Video
18.02.2019, 19:07

Sumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişi - Video

Mehriban Əliyevanın tapşırığı ilə tanınmış teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlandı - FOTOLAR
18.02.2019, 18:58

Mehriban Əliyevanın tapşırığı ilə tanınmış teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlandı - FOTOLAR

Büdcədə 800 milyon manatdan çox qalıq YARANDI
18.02.2019, 18:50

Büdcədə 800 milyon manatdan çox qalıq YARANDI

Məhkəmə insan alverinə görə həbs olunan 26 yaşlı qadını azadlığa buraxdı
18.02.2019, 18:42

Məhkəmə insan alverinə görə həbs olunan 26 yaşlı qadını azadlığa buraxdı

“Star” Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır - Şamil Ayrım
18.02.2019, 18:34

“Star” Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır - Şamil Ayrım

Məni vurmaq üçün hər cür şeytani əməllərə əl atdılar - AzTV-nin eks-müxbiri   
18.02.2019, 18:27

Məni vurmaq üçün hər cür şeytani əməllərə əl atdılar - AzTV-nin eks-müxbiri  

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıtdı - FOTO
18.02.2019, 18:21

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıtdı - FOTO

İlk verilişin ilk təəssüratı
18.02.2019, 18:15

İlk verilişin ilk təəssüratı

Əlilliyin müəyyən olunmasında yeni meyarlar tətbiq olunacaq - Nazir
18.02.2019, 18:08

Əlilliyin müəyyən olunmasında yeni meyarlar tətbiq olunacaq - Nazir

Qarabağ İcmasının üzvləri Ombudsmanın yanına gəldilər   
18.02.2019, 18:01

Qarabağ İcmasının üzvləri Ombudsmanın yanına gəldilər  

Dünyanın ölkələrinin vətəndaşları Xocalıya ədalət istədilər - VİDEO
18.02.2019, 18:01

Dünyanın ölkələrinin vətəndaşları Xocalıya ədalət istədilər - VİDEO

Şəmkirdə qızına təcavüz edən ata həbs olundu   
18.02.2019, 17:53

Şəmkirdə qızına təcavüz edən ata həbs olundu  

İlham Əliyevin hər bir uğuru Əli Kərimlini stressə salır - Əli Həsənovun YAZISI
18.02.2019, 17:49

İlham Əliyevin hər bir uğuru Əli Kərimlini stressə salır - Əli Həsənovun YAZISI

Tələbələr 9 quruma təcrübəyə göndərildilər   
18.02.2019, 17:41

Tələbələr 9 quruma təcrübəyə göndərildilər  

Koçaryanın oğluna qarşı da cinayət işi açıldı
18.02.2019, 17:35

Koçaryanın oğluna qarşı da cinayət işi açıldı

Manatın sabaha olan məzənnəsi
18.02.2019, 17:34

Manatın sabaha olan məzənnəsi

Yaradılan qiymət artımı ajiotajının səbəbi nədir?
18.02.2019, 17:31

Yaradılan qiymət artımı ajiotajının səbəbi nədir?

Maaşlar, pensiyalar bundan sonra da qaldırılacaq - Prezidentlə sumqayıtlıların maraqlı DİALOQU 
18.02.2019, 17:21

Maaşlar, pensiyalar bundan sonra da qaldırılacaq - Prezidentlə sumqayıtlıların maraqlı DİALOQU 

“Ermənistan cəmiyyəti müharibəyə hazır deyil” – Keçmiş kəşfiyyatçı
18.02.2019, 17:14

“Ermənistan cəmiyyəti müharibəyə hazır deyil” – Keçmiş kəşfiyyatçı

Nazirliyin əməkdaşları Almaniya təcrübəsini öyrəndi
18.02.2019, 17:03

Nazirliyin əməkdaşları Almaniya təcrübəsini öyrəndi

Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü
18.02.2019, 16:45

Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü

ARXİV