Modern.az

Sumqayıta media-tur təşkil edildi - FOTOLAR

Sumqayıta media-tur təşkil edildi - FOTOLAR

26 Noyabr 2018, 13:01

Sumqayıtın şəhər statusu almasının 69 illiyi münasibəti ilə noyabrın 24-də bir qrup media  nümayəndəsi üçün media-tur təşkil edilib.

Modern.az xəbər verir ki, media nümayəndələrinə son dövrlər Sumqayıt şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri ilə bağlı geniş məlumat verilib, yeni istifadəyə verilən sosial obyektlərlə yaxından tanışlıq olub.

Heydər Əliyev parkında, Heydər Əliyev Mərkəzində, Şahmat məktəbində, Uşaq İncəsənət Məktəbində, “Kimyaçı” mədəniyyət sarayında, Sumqayıt bulvarında, Bayraq Muzeyində, Sumqayıt Dövlət Dram Teatrında olan media nümayəndələrinə görülmüş işlərlə bağlı geniş məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Səfər çərçivəsində jurnalistlər Hacı Zeynalabdin qəsəbəsində yeni istifadəyə verilən nümunəvi həyətin açılışında da iştirak ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir