18 mart 2019, Bazar ertəsi
Ana Səhifə - MEDİA - Azərbaycan jurnalistlərinin aylıq gəlirləri açıqlandı  
Azərbaycan jurnalistlərinin aylıq gəlirləri açıqlandı  
08.01.2019, 14:55

JuHİ illik  hesabat yaydı

 

Jurnalistlərin Həmkarlar İttifaqı(JuHİ) Azərbaycan jurnalistlərinin 2018-ci ildə sosial durumunun və media ilə bağlı baş vermiş hadisələrin öyrənilməsi üzrə sorğunu yekunlaşdırıb.  


JuHİ sədri Müşfiq Ələsgərli Modern.az-a bildirib ki, təşkilatın keçirdiyi sorğuya ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən  ümumrespublika yayımlı 12 qəzet və 5 televiziya redaksiysının, 4 informasiya agentliyinin, 22 xəbər portalının, həmçinin 3 həftəlik qəzetin, 8 regional qəzet və TV-lərin  əməkdaşları  cəlb ediliblər (ümumilikdə 54 redaksiya əhatə olunub).

Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi sığortaya cəlb edilmələri, həmçinin, 2018-ci ildə onları daha çox qayğılandıran problemlər və ilin uğurları barədə sualları cavablandırıblar. Sorğu üzrə aşağıdakı nəticələr alınıb:

 

Əmək müqavilələri, işsizlikdən sığorta

 

Azərbaycanda inzibati, maliyyə, iqtisadi və sosial sahələrdə aparılan islahatlar  əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələsinə də təsir edib, tendensiya media müstəvisində  də özünü göstərib. Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında işçilərlə fərdi əmək müqavilələrinin  bağlanılması məsələsində dinamika müşahidə edilib. Sorğuya cəlb edilənlərin 95  faizi (2017-ci ildə 93%, 2016-ci ildə 92 faiz olub) çalışdıqları redaksiyalarda fərdi əmək müqavilələri bağlanıldığını bildiriblər. Amma 2018-ci ildə  bu istiqamət üzrə  irəliləyişlərlə yanaşı, narahatlıq doğuran  məqamlar da ortaya çıxıb:

-  Əvvəlki illərdə bu sahədə əsas problem fərdi  əmək müqavilələrinin müddətli bağlanılması idi.Azərbaycan Əmək Məcəlləsinin  45-47 maddələri  daimi fəaliyyət göstərən iş yerlərində əmək müqaviləsinin müddətli bağlanmasını istisna etsə də, KİV redaksiyalarında jurnalistlərlə əmək müqavilələrini müddətli bağlamağa üstünlük verilirdi ki, bu da işəgötürənin xeyrinə olaraq,  həmin müqaviləyə istənilən vaxt xitam vermək üçün şərait yaradırdı. 2018-ci ildə ortaya çıxan məqam budur ki, işçilərin bir qisminə müddətli və müddətsiz fərdi əmək müqaviləsi, digər qisminə isə “xidmət müqaviləsi” tətbiq edilir. Jurnalistlərə  “Xidmət müqaviləsi”nin  tətbiq edilməsi jurnalistlərin böyük bir qisminin əmək  hüquqlarını məhdudlaşdırır, ixtisarlar, əmək münasibətlərinə xitam verilmə hallarında  jurnalistləri çıxılmaz duruma salır, işsizlikdən sığorta haqqı alınmasını imkansız edir. 2018-ci ildə bəzi redaksiyalarda, xüsusən televiziya şirkətlərində aparılan ixtisarlar zamanı  bu məqam özünü  qabarıq şəkildə biruzə vermişdir.

-  Əmək haqqının əmək müqavilələrində göstərilən rəqəmlərlə uyğunsuzluğu problemi də   aktual olaraq qalır. Bu isə qanun pozuntusu olmaqla yanaşı, KİV işçilərinin  pensiya təminatına, həmçinin, əmək münasibətlərinə xitam verilmə hallarında  işsizlikdən sığorta haqqı alınmasına neqativ təsir göstərəcək amillərdən biridir.

 

Əmək haqqının infilyasiyaya uyğunlaşdırılması yönündə addımlar atılıb

 

a) Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında çalışanjurnalistlərin aylıq gəlirləri redaksiyaların durumuna və jurnalistlərin aktivliyinə görə dəyişir. Bu baxımdan redaksiyalarda orta əmək haqqı ilə yanaşı, KİV-lərdə əmək haqqının  minimal və maksimal məbləğlərinin  müəyyənləşdirilməsinə cəhd edilib. Bu kateqoriya üzrə rəyi soruşulanların bir  qismi 350-500 manat (sorğu iştirakçılarının 4  faizi. 2017-ci ildə 6 faiz olub),  500-700  manat (sorğu iştirakçılarının 61 faizi. 2017-ci ildə 56 faiz olub), 700-900 manat (sorğu iştirakçılarının 31 faizi. 2017-ci ildə 30 faiz olub),  900-1200 manat (sorğu iştirakçılarının 4 faizi. 2017-ci ildə 8 faiz olub)   civarında aylıq gəlir əldə etdiklərini bildiriblər.   


b) Ümumrespublika yayımlı həftəlik qəzetlərdə çalışan jurnalistlərin  aylıq gəlirləri 250-400  manat aralığında  dəyişir.

 

c) Regional qəzetlərdə çalışan jurnalistlərin orta aylıq gəlirləri 160-400 manat aralığında dəyişir.   Rəyi soruşulanlar 160-200 manat (sorğu iştirakçılarının 41 faizi), 200-250 manat (sorğu iştirakçılarının 44 faizi), 300-400 manat (sorğu iştirakçılarının 15 faizi) civarında əmək haqqı aldıqlarını bildiriblər.  Regional televiziyalarda çalışan jurnalistlərin  aylıq gəlirləri   250- 400 manat  aralığında dəyişir.

 

Məlumat üçün qeyd edək ki, Azərbaycanda 2018 –ci ildə  əmək qabiliyyətli əhali üçün  müəyyən edilmiş yaşayış minimumu 183 manat olub.     

 

Sorğu iştirakçıları 2018-cı ildə jurnalistlərin  durumlarına müsbət təsir edən və onları qayğılandıran problemlər barədə də fikirlərini bildiriblər:

 

-  Qlobal səviyyədə media müstəvisində baş verən neqativ tendensiyalara, inzibati vasitələrlə,  qanunlardakı dəyişikliklərlə, bəzən təbii rəqabətliliklə peşəkar medianın imkanlarının  sıxışdırılmasına rəğmən, Azərbaycanda peşəkar və müstəqil medianın imkanlarının artırılması yönündə dövlət proqramları davam etdirilib.

- Dövlət və hökumət təmsilçiləri, xüsusi olaraq  Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə keçirilən tədbirlərə, həmçinin, digər formatlı toplantılara qatılaraq, jurnalistlərlə hakimiyyət təmsilçiləri arasında canlı təmasın inkişafına şərait yaratmışdır.

- Prosesin davamı kimi, dövlət və hökumət təmsilçilərinin sosial mediada aktivliyi önə çəkilir. 2018-ci ildə bu sahədə xüsusi aktivlik nəzərə çarpıb. Bu da dövlət və hökumət təmsilçiləri ilə  interaktiv  münasibət qurmaq  imkanlarını artırıb.

- 2018-ci ilin əhəmiyyətli tendensiyalarından biri kimi dövlət və hökumət strukturlarının, o cümlədən, əksər özəl şirkətlərin mətbuat xidmətləri və ictimaiyyətlə əlaqələr şöbələrinin keyfiyyətcə yenilənməsi prosesi qeyd edilir. İl ərzində təqribən 28 nazirlik, idarə, müəssisə və şirkətlərdə informasiya verilməsinə məsul olan şəxslər dəyişdirilmiş, bu ştatlara yalnız peşəkar, aktiv jurnalistlər təyinat almışlar. 

- Xəbər istehsalına aiddiyyatı olan qanunlara əlavə və dəyişikliklər edilməsi prosesində media təmsilçiləinin rəy və təkliflərinin öyrənilməsi üçün intensiv addımlar atırlması yönündə Azərbaycan Mətbuat Şurasının təşəbbüsünə Milli Məclis rəhbərliyi tərəfindən dəstək verilmiş, bu yöndə əhəmiyyətli addımlar atılmışdır.

- Onlayn medianın maddi-texniki imkanlarının artırılması, peşəkarlığın yüksəldilməsi üçün il ərzində təşəbbüslər irəli sürülmüş,  Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 2019-cu ildə bu istiqamətdə proqramlar gerçəkləşdiriləcəyini elan etmişdir.

- KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazıları müsabiqələri vasitəsilə 2018-cı ildə 420  nəfər jurnalist qalib olaraq mükafatlandırılmış, əlavə maddi gəlir əldə etmişlər.

- Həbsə düşmələri jurnalistik fəaliyytlə bağlı olmasa da, xəbər istehsalı sahəsində fəaliyyət göstərən bir neçə şəxsin, o cümlədən,  Kanal 13 İnternet Televiziyasının rəhbəri Əziz Orucovun əfv olunaraq  həbsdən azad edilmələri də media ictimaiyyəti tərəfindən diqqət çəkən məqamlardan olub.

- “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun yenilənmiş versiyası 2018-ci ildə bir sıra onlayn resurslara qarşı tətbiq edilib, Onlayn informasiya resurslarının fəaliyyətinin tənzimlənməsi sahəsində yeni proses başladılmışdır.

- Tendensiyaya çevrilməsə də, KİV redaksiyalarına və fərd olaraq jurnalistlərə qarşı hədələmə, təhdid etmə, xəsarət yetirmə hallarına təsadüf edilib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun “Modern.az” əməkdaşına qarşı, cəmiyyətdə Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalovun “Xəzər” TV-nin əməkdaşlarına qarşı, Səhiyyə Nazirliyi əməkdaşlarının “Unikal.org”un əməkdaşı Famil Fərhadoğluna qarşı hücumları bu qəbildəndir.

- APA Holdinqə daxil olan informasiya resurslarının öz fəaliyyətlərini dayandırması da ilin əsas media  hadisələri sırasındadır.

- Medianın peşəkarlaşması peşəkar ekspertlərə tələbatı artırıb. Ölkədə sahələr üzrə  ekspert çatışmazlığının  yaşanması da sorğu iştirakçıları tərəfindən qeyd edilən məsələlər sırasındadırlar.   


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bolqarıstanda Novruz bayramı qeyd olunub
18.03.2019, 23:22

Bolqarıstanda Novruz bayramı qeyd olunub

Deputatın  oğluna daha bir vəzifə verildi
18.03.2019, 23:14

Deputatın  oğluna daha bir vəzifə verildi

Qatar qəzasında 24 nəfər öldü
18.03.2019, 22:57

Qatar qəzasında 24 nəfər öldü

Niderlandda atışma: 3 ölü
18.03.2019, 22:36

Niderlandda atışma: 3 ölü

Şuranın tətbiq etdiyi yeniliklər AÇIQLANDI
18.03.2019, 22:22

Şuranın tətbiq etdiyi yeniliklər AÇIQLANDI

Mərkəzi Asiyanın ən iri məscidi Qazaxıstanda tikiləcək
18.03.2019, 22:08

Mərkəzi Asiyanın ən iri məscidi Qazaxıstanda tikiləcək

Yol polisi əməkdaşı ər-arvadı belə döydü - VİDEO
18.03.2019, 21:50

Yol polisi əməkdaşı ər-arvadı belə döydü - VİDEO

Azərbaycan demokratiya yolunda inamla irəliləyir
18.03.2019, 21:35

Azərbaycan demokratiya yolunda inamla irəliləyir

Sumqayıtda 57 yaşlı kişi itkin düşdü - FOTO
18.03.2019, 21:16

Sumqayıtda 57 yaşlı kişi itkin düşdü - FOTO

Venesuela neft tədarükü üçün yeni bazarlar axtarır
18.03.2019, 20:59

Venesuela neft tədarükü üçün yeni bazarlar axtarır

Qızılcaya 2 385 yoluxma halı qeydə alınıb
18.03.2019, 20:42

Qızılcaya 2 385 yoluxma halı qeydə alınıb

Təhsil sahəsinə qoyulan sərmayə kəskin artıb
18.03.2019, 20:30

Təhsil sahəsinə qoyulan sərmayə kəskin artıb

Mədət Quliyev oğlunun klip təqdimatında - FOTOLAR
18.03.2019, 20:17

Mədət Quliyev oğlunun klip təqdimatında - FOTOLAR

Rövnəq Abdullayev  “Lukoyl”  prezidenti ilə müzakirələr apardı
18.03.2019, 20:04

Rövnəq Abdullayev  “Lukoyl”  prezidenti ilə müzakirələr apardı

“Dövlət jurnalistlərə dəstəyi şəffaf şəkildə həyata keçirilir, bu prosesdə heç bir qaranlıq məqam yoxdur” - Əli Həsənov
18.03.2019, 19:50

“Dövlət jurnalistlərə dəstəyi şəffaf şəkildə həyata keçirilir, bu prosesdə heç bir qaranlıq məqam yoxdur” - Əli Həsənov

İlahiyyat İnstitutunda Novruz bayramı ilə bağlı tədbir keçirilib - FOTO 
18.03.2019, 19:36

İlahiyyat İnstitutunda Novruz bayramı ilə bağlı tədbir keçirilib - FOTO 

UNEC-in tələbələri elmi fəaliyyətə cəlb olunurlar
18.03.2019, 19:28

UNEC-in tələbələri elmi fəaliyyətə cəlb olunurlar

Lerik rayonunda Novruz şənliyi keçirilib - FOTOLAR
18.03.2019, 19:20

Lerik rayonunda Novruz şənliyi keçirilib - FOTOLAR

Əcnəbilərin Azərbaycan vətəndaşlığını əldə etməsi üçün elektron müraciət proseduru dəyişdi
18.03.2019, 19:12

Əcnəbilərin Azərbaycan vətəndaşlığını əldə etməsi üçün elektron müraciət proseduru dəyişdi

Prezident xəstəxananın təmirinə 2 milyon ayırdı
18.03.2019, 19:04

Prezident xəstəxananın təmirinə 2 milyon ayırdı

Şeyx Novruz bayramı münasibətilə xalqı təbrik etdi
18.03.2019, 18:56

Şeyx Novruz bayramı münasibətilə xalqı təbrik etdi

İlham Əliyevdən xalqa Novruz TƏBRİKİ
18.03.2019, 18:48

İlham Əliyevdən xalqa Novruz TƏBRİKİ

Ülvi Quliyev: “Prezident gəncləri əfv etməklə onlara şans verdi”
18.03.2019, 18:40

Ülvi Quliyev: “Prezident gəncləri əfv etməklə onlara şans verdi”

Deputat Hikmət Məmmədov GRECO-nun 82-ci plenar iclasında iştirak edəcək
18.03.2019, 18:32

Deputat Hikmət Məmmədov GRECO-nun 82-ci plenar iclasında iştirak edəcək

Oğurluq edən yeniyetmə saxlanıldı
18.03.2019, 18:24

Oğurluq edən yeniyetmə saxlanıldı

Xəzər dənizində zəlzələ olub
18.03.2019, 18:16

Xəzər dənizində zəlzələ olub

İraqlı şagirdlər Azərbaycanda təhsil almaq istəyirlər
18.03.2019, 18:08

İraqlı şagirdlər Azərbaycanda təhsil almaq istəyirlər

Film ssenariləri müsabiqəsi elan olundu
18.03.2019, 18:02

Film ssenariləri müsabiqəsi elan olundu

Keçmiş nazirin adam oğurluğunda suçlanan qardaşı azadlığa buraxılıb   
18.03.2019, 17:58

Keçmiş nazirin adam oğurluğunda suçlanan qardaşı azadlığa buraxılıb  

Prezident Bakıda xəstəxana tikintisi üçün pul ayırdı   
18.03.2019, 17:46

Prezident Bakıda xəstəxana tikintisi üçün pul ayırdı  

Şəkidə 22 yaşlı oğlan  itkin düşüb   
18.03.2019, 17:32

Şəkidə 22 yaşlı oğlan  itkin düşüb  

Dağlıq Qarabağda Novruz şənliyi keçirilib -  FOTOLAR
18.03.2019, 17:21

Dağlıq Qarabağda Novruz şənliyi keçirilib -  FOTOLAR

Nazirlik bir həftədə 61 təlim keçirdi
18.03.2019, 17:20

Nazirlik bir həftədə 61 təlim keçirdi

Kooperasiya Universitetində bayram tədbiri - FOTO
18.03.2019, 17:19

Kooperasiya Universitetində bayram tədbiri - FOTO

QHT Şurası müsabiqənin nəticələrini açıqladı   
18.03.2019, 17:18

QHT Şurası müsabiqənin nəticələrini açıqladı  

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
18.03.2019, 17:16

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

“İnsanov ikrah doğuran ucuz açıqlama verirdi” - Qüdrət Həsənquliyev
18.03.2019, 17:14

“İnsanov ikrah doğuran ucuz açıqlama verirdi” - Qüdrət Həsənquliyev

Şəhid ailələrinin həmrəylik kampaniyası - FOTOLAR
18.03.2019, 17:06

Şəhid ailələrinin həmrəylik kampaniyası - FOTOLAR

Nazir:
18.03.2019, 16:53

Nazir: "Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyevin heykəllərinin qoyulması üçün işlər gedir"  

Azercell-dən rəqəmsallığa doğru daha bir addım
18.03.2019, 16:48

Azercell-dən rəqəmsallığa doğru daha bir addım

Daha bir ölkə OPEK+ komitəsini tərk etdi
18.03.2019, 16:45

Daha bir ölkə OPEK+ komitəsini tərk etdi

Siyavuş Novruzov: Həbsxanaya avtoritar kimi düşən, mələk cildində çıxır
18.03.2019, 16:26

Siyavuş Novruzov: Həbsxanaya avtoritar kimi düşən, mələk cildində çıxır

Dünyanın dini liderləri terrora qarşı bəyanat verdilər - Direktorlar Şurasında Şeyx də var
18.03.2019, 16:19

Dünyanın dini liderləri terrora qarşı bəyanat verdilər - Direktorlar Şurasında Şeyx də var

“Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur
18.03.2019, 16:12

“Nar” nömrə ilə xaricdə “WhatsApp” pulsuzdur

Deputat seçicilərinə bayram sovqatı çatdırdı
18.03.2019, 16:06

Deputat seçicilərinə bayram sovqatı çatdırdı

Qərbi Azərbaycan İcmasından Əli İnsanovla bağlı AÇIQLAMA
18.03.2019, 16:02

Qərbi Azərbaycan İcmasından Əli İnsanovla bağlı AÇIQLAMA

Hollandiyada terror: Ölən və yaralananlar var
18.03.2019, 15:58

Hollandiyada terror: Ölən və yaralananlar var

Bahar Muradova Horadizdəki Novruz şənliyinə getdi
18.03.2019, 15:42

Bahar Muradova Horadizdəki Novruz şənliyinə getdi

Gömrükçülər 306 kiloqramdan çox heroin aşkarladı
18.03.2019, 15:41

Gömrükçülər 306 kiloqramdan çox heroin aşkarladı

Azərbaycan elmi məqalə sayına görə Cənubi Qafqazın lideridir
18.03.2019, 15:32

Azərbaycan elmi məqalə sayına görə Cənubi Qafqazın lideridir

ARXİV