Modern.az

Parkinqlərdən yığılan pullar qanunsuzdur - Agentlik rəhbərindən İTTİHAM

Parkinqlərdən yığılan pullar qanunsuzdur - Agentlik rəhbərindən İTTİHAM

22 Yanvar 2019, 17:38

"Bakı Nəqliyyat Agentliyi tərəfindən aparılan araşdırmalarda şəhər mərkəzində 10 minə yaxın yerüstü parkinq müəyyənləşib".

 

Modern.az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə heyətinin sədri Vüsal Kərimli bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda 480 yerüstü parkinq rəsmiləşdirilib:

 

"Digər rəsmiləsdirmələr üçün Bakı Şəhər İcra Hakimiyyətilə Dövlət Yol Polisi İdarəsilə danışıqlar gedir".

 

Qurum rəsmisi bildirib ki, hələlik parkinq qiymətləri müəyyənləşməyib:

 

"Bizim tərəfimizdən Nazirlər Kabinetinə təkliflər verilib. Burada Bakınin mərkəzindəki parkinqlərlə şəhər kənarındakı parkinqlərdə qiymətlər eyni olmayacaq. Eyni zamanda, gecə saatlarında parkinqlərin ödənişsiz olması nəzərdə tutulub. Gündüz saatlarda parkinqlər 2 saatdan sonra ödənişli olacaq. Hələlik yeraltı parkinqlərin də təhvil-təslimi davam edir.

 

Təbii olaraq qiymətlərə baxılacaq. Çünki əvvəlki qirumun müəyyən etdiyi qiymətləri saxlaya bilmərik. Bəziləri sosial şəbəkələrdə bildirir ki, parkinq qiymətləri bahalaşıb. Hələlik qiymətlər təsdiqlənməyib. Amma 1 aya avtomobil üçün 30 manatlıq ödəniş iqtisadi cəhətdən olduqca səmərəsizdir".

 

V. Kərimli bildirib ki, hazırda Bakıda yerüstü parklanmalardan yığılan pulların Bakı Nəqliyyat Agentliyinə heç bir aidiyyəti yoxdur: "Həmin parkalanmalardan yığılan pullar qeyri-qanunidir. Bundan bizim xəbərimiz yoxdur. Biz Nazirlər Kabineti parkinq qiymətlərini təsdiqləyəndən sonra yeni qiymətlər tətbiq edərək parklanmalara nəzarət edəcəyik".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!