Modern.az

Yol qəzasında həlak olmuş jurnalistin FOTOLARI

Yol qəzasında həlak olmuş jurnalistin FOTOLARI

22 Sentyabr 2014, 11:49

Fövqəladə Hallar Nazirliyi ötən gecə Şamaxı-İsmayıllı yolunda 4 nəfərin ölümü ilə nəticələnmiş dəhşətli yol qəzası barədə məlumat yayıb. Bildirlir ki, Şamaxı rayonu, Şamaxı-Ismayıllı yolunun 128-ci kilometrliyində baş vermiş yol-nəqliyyat qəza hadisəsiyerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, "Kamaz" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində "Mercedes"in sürücüsü və 3 nəfər sərnişini həlak olub. Xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış  sürücü və 3 nəfər sərnişinin cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, hadisə zamanı "Mercedes"də ölən 3 sərnişindən biri jurnalist işləyib. Bu, “Türküstan” qəzetinin saytına redaktorluq edən Fuad Abddurhamanlıdır. O, bir müddət Modern.az saytı ilə də əməkdaşlıq edib.

“Fuad iki il əvvəl ailə həyatı qurmuşdu. Ankarada dövlət dəstəyi ilə, Yurtdışı türklər və akrabat topluluqlar başqanlığının təqaüdü ilə doktorluq üzrə magistr təhsili alırdı. Bir ilini bitirmişdi. 2-ci il təhsilini almaq üçün sentyabrın axrında Ankaraya qayıdacaqdı. Ankara Universitetinin Siyasi bilgilər fakültəsində təhsil alırdı”.

Bunu Modern.az saytına “Türküstan” qəzetinin baş redaktoru  Aqil Camal  qəzada həlak olmuş Fuad Abdürrəhmanlı barədə danışarkən deyib .

A. Camal qeyd edib ki, Fuad Abddurhamanlı “Türükstan.net” saytını idarə edirdi.

“O, illərdir diaspor fəaliyyətində aktiv idi. Həmçinin, Dünya Azərbaycanlıları Konqresində fəal üzvlərdən olub. Son vaxtlar Prezident yanında Staraterji Araşdırmalar Mərkəzində də təcrübə keçirdi. Fuadla tanışlığımız uzun zamandır var. Amma əməkdaşlığımız 2 ildir davam edirdi. O, saytımızın redaktoru vəzifəsində artıq 2 ildir çalışırdı”.

10 oktyabr 1986-cı il təvəllüdlü mərhum bu gün doğulduğu Şəki rayonunda torpağa tapşırılacaq.





















Məltəm Talıbzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi